Bizi izləyin

Ölkə futbolu

Fasilə döyüşü: “Qəbələ”nin “əlcəy”i hazırdı

Qış fasiləsi “oğlan çağı”nı yaşayır. Premy…

blank
Qış fasiləsi “oğlan çağı”nı yaşayır. Premyer Liqa iştirakçıları tədricən hazırlıqlarını bərpa etməkdədilər. Hazırda qiyabi yarışma gedir: kim daha çox güclənəcək? Əlbəttə ki, ilk növbədə diqqətlər çempionluq mübarizəsi aparan “Qarabağ”la “Qəbələ”yə yönəlir.
 
Ağdam təmsilçisi heyətini böyük ölçüdə qoruyub. Yalnız Namiq Ələsgərovla vidalaşan ölkə çempionu “Neftçi”ylə Elşən Abdullayev “barter”i edib.
 
Elşənin Qurban Qurbanovun komandasını gücləndircək durumda olduğunu söyləmək sadəlövhlük olar. Zədədən yeni qayıdan yarımmüdafiəçi ən yaxşı halda mövsümün ikinci hissəsini formasının bərpasına yönəltməli olacaq. Rəqabəti nəzərə alsaq, Abdullayevin bunu əsasən əvəzedicilərin çempionatında həyata keçirməli olacağını söyləyə bilərik.
 
Transfer pəncərəsi hələ ki, bağlanmayıb və “süvarilər”in gücünə güc qatacaq futbolçuyla anlaşması istisna olunmur. Qurban Qurbanovun “yüz ölç bir biç” məsəlinə necə sadiq bir mütəxəssis olduğunu nəzərə alsaq, onun hələ də seçim etdiyini proqnozlaşdıra bilərik.
 
“Qəbələ” yalnız Sadiq Quliyevlə yollarını ayırdı ki, bu da “qırmızı-qaralar”ın kefinə “soğan doğraya” bilməz.  Araz Abdullayevin gəlişi isə “bir gülləylə iki dovşan”ın vurulmasıdı. Daim universal oyunçu axtarışında olduğunu iddia edən Roman Qriqorçuk həm cinahda, lazım gəldikdə isə mərkəzdə oynamağı bacaran Arazın xidmətindən istifadə etməklə yanaşı, legioner limiti baxımından da önəmli futbolçuya sahib olub.
 
Qış fasiləsində Cavid Hüseynov da formasını bərpa edə bilsə, “Qəbələ” qızıl medallar yolunda “Qarabağ”a “əlcək ata” bilər. Komanda Baqali Daboya layiqli əvəzedici də tapa bilsə, demək olar ki, heyət tam komplektləşəcək.
 
“İnter”in dərdi ayrıdı. Komandanın məlum transfer qadağasına görə kənara boylanması mümkünsüzdü. “Bankirlər”in əsas məqsədi əlindəki heyəti qoruyub saxlamaqdı. Ancaq Zaur Svanadzenin rəhbərlik etdiyi kollektivin sərgilədiyi parlaq oyun yetirmələrinin elçilərinin sayını artırıb. Bu oyunçular arasında ən çox adı hallanan Ağabala Ramazanovdu ki, vinger komandadan ayrılmaq istədiyini gizlətmir. Əlbəttə ki, daha yaxşı təklif aldığına görə.
 
Mövsümün sonunadək “İnter”lə müqaviləsi olan futbolçuyla yanaşı, Səlahət Ağayev və Ruslan Abışov da “çemodan əhval-ruhiyyəsi”ndədilər. İndi “İnter” rəhbərliyinin yumruğu masaya çırpmaq zamanıdı. Əks halda, nəinki 3-cü yeri qorumaq, hətta avrokuboklara düşmək şansları da minimuma enəcək.
 
“Sumqayıt” iki iranlı futbolçuyla yollarını ayırmaqla yanaşı, Hollandiya “Tvente”sinin sabiq futbolçusu Vaqif Cavadova da qapını göstərdi. Maraqlıdı ki, tarixində ilk dəfə mövsümün ilk yarısını 4-cü pillədə başa vuran “Gənclik şəhəri” təmsilçisi güclənmək baxımından hələ ki, əlini “ağdan-qaraya” vurmayıb. Mövsümün 2-ci hissəsinin startına isə 23 gün qalır…
 
“Zirə”nin ən hay-küylü vidası gözlənilən idi. Baş məşqçi postunda Adil Şükürovu Ayxan Abbasov əvəzləyib. İndi qəsəbəlilərin göstərəcəyi nəticələr daha böyük maraqla gözlənilir. Yalnız Sadiq Quliyevi heyətinə qatan komanda Cəmil Hacıyevin “Şəmkir”ə keçməsinin əleyhinə olmayıb. Ancaq qarşısına ciddi hədəflər qoyan bir klubun yalnız bununla kifayətlənəcəyi inandırıcı görünmür. Digər tərəfdən isə “Zirə”nin təlim-məşq toplanışını ölkə xaricində keçməməsi büdcədəki problemlərdən xəbər verir. Bu cür vəziyyətdə sanballı dəyişikliklərin ediləcəyi inandırıcı görünmür.
 
“Kəpəz” isə “ac qulağım – dinc qulağım” prinsipinə sadiqdi. Nə ölkə xaricinə yollanırlar, nə oyunçu alırlar, nə də kimisə yola salırlar. Deyəsən, Şahin Diniyev təmkini komandanın daxili dünyasına da təsirini göstərib. Ancaq heyət gücləndirilməyəcəyi təqdirdə, Gəncə təmsilçisinin “Avropa pəncərələri”ni açacağı real görünmür.
 
“Neftçi” çevriliş edib. Sözün həqiqi mənasında. Yaydakı işin üzərindən qalın bir xətt çəkən “ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayev 9 futbolçuyla yolların ayrılması qərarını verib. Əlbəttə, bunlar arasında Eltun Yaqublunun gedişi hansısa ciddi dəyişikliyin baş verməsinə dəlalət etmir. Elə Elşən Abdullayev də formasından xeyli uzaq idi. Araz Abdullayev isə daha iddialı və daha sərfəli təklifə “hə” deyərək, “ağ-qara” karyerasını başa vurdu. Digərləri isə məhz baş məşqçinin istəyi ilə komandadan kənarlaşdırılıblar.
 
Yeni gələnlər barədə hələ qəti fikir irəli sürmək olmaz. Hətta həmin Namiq Ələsgərov haqda da birmənalı şəkildə nikbin rəy vermək olmur. Çünki son aylarda Namiqin heç bir oyunu uğurlu alınmayıb. Əcnəbilərə gəlincə, onlar “sirli qutu”du. Bütün hallarda, baş məşqçinin “bu heyəti mən yığmamışam” demək limiti artıq sona çatıb. Yanvarın son günlərindən yığdığı heyətin nəyə qadir olduğunu göstərmək zamanıdı.
 
Deyəsən, AZAL büdcəsini tamamilə “sıfırlamaq” eşqinə düşüb. Onsuz da kasad büdcə və keyfiyyətsiz futbolçularla zəngin olan komandanın heyəti bir qədər də məhdudlaşıb. Tərlan Əhmədov 6 oyunçuya qapını göstərsə də, hələ komandasının rənglərinə bir futbolçunu belə qatmayıb. Kimi gözləyirsiniz, Tərlan müəllim?
 
Yekunlaşdıraq. Bu il əvvəlki mövsümlər kimi maraqsız alınmayacaq. Çempionluq uğrunda mübarizədə “Qarabağ”ın olduqca ciddi rəqibi göz qarşısındadı – “Qəbələ”. “İnter” üçün hətta 3-cü yeri qorumaq problemə çevriləcək. Çünki hadisələrin gedişatı göstərir ki, “bankirlər” mövsümün ilk yarısındakı heyəti qoruya bilməyəcəklər. AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun “komandam sonuncu yeri tutmayacaq” iddiası isə hələ ki, söz xatirinə söz kimi görünür. Hərçənd, transfer pəncərəsi hələ ki, bağlanmayıb.
 
CEYHUN ƏLİYEV
 
P.S. Yazı hazırlandıqdan sonra Ağabala Ramazanovun “Qarabağ”a keçdiyini öyrəndik.
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Digər idman növləri2024-04-30 11:15

MBA: Daha iki konfrans yarımfinalçısı məlum oldu

blank
Müsahibə2024-04-30 10:58

Xəyalın reallaşan xəyalı: “Bu, məsuliyyətdən qaynaqlanan həyəcan idi”

blank
Digər idman növləri2024-04-30 10:43

Olimpiya Təsnifat Turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bilindi

blank
Ölkə futbolu2024-04-30 10:29

“Qarabağ” üçün daha bir potensial rəqib

blank
Dünya futbolu2024-04-30 10:15

İngilis futbolçu bunu ilk dəfə bacardı

blank
Digər2024-04-30 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-30 09:50

“Turu keçmək üçün hazır durumdayıq”

blank
Dünya futbolu2024-04-30 09:41

Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır

blank
Premyer-liqa2024-04-30 09:30

“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç

blank
Ölkə futbolu2024-04-30 09:15

“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür

blank
Dünya futbolu2024-04-30 09:03

Ukrayna millisinin sabiq baş məşqçisi vəfat edib

blank
Dünya futbolu2024-04-30 08:51

Hüseynovlu “Arda” səfərdən 1 xalla qayıtdı

blank
Ölkə futbolu2024-04-30 08:34

Azərbaycan çempionatında antirekord təkrarlandı

blank
Ölkə futbolu2024-04-30 08:17

Premyer Liqada mövsümün rekordu – 50 nəfərlik fərqlə

blank
Ölkə futbolu2024-04-30 08:00

“Zirə”yə gözlənilməz zərbə

blank
Dünya futbolu2024-04-30 01:16

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-30 00:54

“Cenoa” 3 xalı 3 qolla qazandı

blank
Dünya futbolu2024-04-29 23:46

“Fatih Karagümrük”dən darmadağın

blank
Milli komanda2024-04-29 23:24

Millinin albanlarla oyununun məkanı və başlama saatı açıqlandı

blank
Premyer-liqa2024-04-29 22:39

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm