Ölkə futbolu
Əmrah Çəlikəl: “Gizlətmirəm…”
“Qarabağ” hazırda heç bir futbolçuyla mara…
“Qarabağ” hazırda heç bir futbolçuyla maraqlanmır. Transfer pəncərəsi dönəmində diqqətimizi çəkən oyunçu olarsa, heyəti zənginləşdirə bilərik” – bu sözləri futbolinfo.az saytına “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl deyib.
Klub funksioneri Ağabala Ramazanovun keçidinə dair sualımızı da cavablandırıb: “Gizlətmirəm, bu futbolçuyla danışıqlarımız olub, onu sıralarımızda görmək istəyirik. Ancaq rəsmi müqaviləni hələ ki, imzalamamışıq. Ancaq rəsmi anlaşma baş tutduqdan sonra bu barədə ətraflı fikir bildirə bilərəm”.
Qeyd edək ki, Ramazanov müqavilə ilə “İnter”ə məxsus idi. Lakin futbolçu özü komandasını dəyişməkdə israrlı idi. Az öncə o, “İnter”i tərk etdi. Yəqin ki, bir neçə saatan sonra bakılılar onunla vidalaşdıqlarını, ardınca da ağdamlılar müqavilə bağladıqlarını rəsmən açıqlayacaq.