Ölkə futbolu
“Kəpəz”: 2 günə 4 oyun
"Kəpəz”in qış təlim-məşq toplanışı müddətin…
"Kəpəz”in qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib. 2 günə 4 yoxlama matçına çıxacaq komanda Premyer Liqa və birinci divizion klubları ilə qarşılaşacaq.
Belə ki, "sarı-göylər” yanvarın 17-si saat 11:00-da MOİK, 15:00-da AZAL-la görüşəcək. Yanvarın 19-da Nizami yurdunun təmsilçisi saat 11:00-da "Qaradağ Lökbatan” ilə, 15:00-da "Zirə” ilə oynayacaq.
“Zirə”yə qarşı görüş rəqibin meydançasında keçiriləcəksə, digər bütün oyunlar "Dalğa Arena”da reallaşacaq.
Gəncə klubu yoxlama matçlarına iki fərqli heyətlə çıxacaq.