Ölkə futbolu
“Neftçi” də təsdiqlədi
Antalya hazırlığını davam etdirən “Neftçi” da…
Antalya hazırlığını davam etdirən “Neftçi” daha bir futbolçu ilə güclənib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu ukraynalı müdafiəçi Kirilo Petrovla ilyarım müddətinə müqavilə bağlayıb.
Artıq klub saytı da bu məlumatı təsdiqləyib. Kiyev “Dinamo”sunun yetirməsi olan müdafiəçi sonradan “Krivbas” və “Arsenal” klublarının formasını geyinib. Polşada (“Korona” klubunda) legioner həyatı yaşamış Kirilo Petrov, Qazaxıstanın “Ordabaşı” klubunda da çıxış edib. Futbolçu buna qədər “Olimpik” (Ukrayna) klubunun şərəfini qoruyub. Ukrayna U-19 və U-21 yığma komandalarının heyətində oynamış Kirilo Petrov “Neftçi”də 28 nömrəli formanı geyinəcək.