Ölkə futbolu
“İnter” Rumıniya klubuna qarşı
Çempionatın ikinci yarısına hazırlıa başlayan “İnt…
Çempionatın ikinci yarısına hazırlıa başlayan “İnter”in yoxlama görüşü keçirəcəyi rəqiblərdən birinin adı məlum olub. “Bankirlər” Antalya toplanışında Rumıniya klubu ilə üz-üzə gələcəklər.
Yanvarın 10-da Türkiyəyə yollanacaq “İnter” yoxlama görüşlərindən birini “Politexnika İaşi”yə qarşı keçirəcək. Rumıniya mətbuatının yazdığına əsasən, Bakı təmsilçisinin bu komanda ilə oyunu yanvarın 23-də baş tutacaq.
“İnter”dən fərqli, “Politexnika İaşi” klubu Antalyaya yanvarın 12-də yollanacaq.
Qeyd edək ki, “İnter”in rəqibi Rumıniyanın Liqa-1-də 21 oyundan sonra 25 xal toplayıb və turnir cədvəlində 14 komanda arasında 9-cu pillədə qərarlaşıb.