Ölkə futbolu
“Qəbələ” yanvarın 9-da başlayır
Qış fasiləsinə ikinci pillədə yollanan “Qəbələ” h…
Qış fasiləsinə ikinci pillədə yollanan “Qəbələ” hazırlığı Antalyada bərpa edəcək. “Qırmızı-qaralar” yanvarın 9-da Türkiyəyə yola düşəcəklər. Legioner futbolçular ölkələrindən birbaşa Antalyaya gedərək, orda kollektivə qoşulacaq.
Ötən ilin sonunda sıradan çıxmış Rikardinyo zədəsini artıq sağaldıb. Ölkəsində bərpa olunan braziliyalı müdafiəçi “Qəbələ”nin Antalya toplanışına tam hazır vəziyyətdə qatılacaq.
Onunla müqayisədə, Baqali Dabo bir qədər gözləməli olacaq. Fransalı hücumçu da zədəsini, demək olar ki, sağaldıb. Sadəcə, Dabo Türkiyə toplanışının ilk günündən kollektivlə məşqlərə başlaya bilməyəcək. O, 2-3 gündən sonra məşqlərdə tam gücü ilə iştirak edəcək.
Qeyd edək ki, “Qəbələ” qış fasiləsindən sonra çempionatda ilk oyununu “Sumqayıt”a qarşı keçirəcək.