Ölkə futbolu
"Barselona"ya qarşı bundan yaxşı taktika yoxdu"
"Atletik"in baş məşqçisi Ernesto Valverde İspaniy…
"Atletik"in baş məşqçisi Ernesto Valverde İspaniya Kubokunda 1/8 finalın ilk matçında "Barselona"ya qalib gəldikləri (2:1) görüşdən sonra fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, təcrübəli çalışdırıcı bunları söyləyib:
"Barselona"nı bütün oyun boyu saxlamaq mümkün deyil. Onlara qarşı yüksək pressinq tətbiq etməyimiz birinci dəfə deyil. Bundan yaxşı taktika da yoxdu. Messinin qolu bizə çətinliklər yaratdı. Məcbur olub geriyə oturduq. Komanda çox yorulmuşdu. Xoşbəxtlikdən qələbə hesabını qoruyub saxlaya bildik. Kimin növbəti mərhələyə adlayacağını söyləmək çətindi. "Nou Kamp"da oynamaq asan deyil. Sanki orada görüş daha uzun sürür. Oyundan razıyıq. İndi cavab qarşılaşmasına köklənməliyik".