Ölkə futbolu
"Çelsi" köçür
"Çelsi" "Tottenhem"in 2018-ci ildə "U…
"Çelsi" "Tottenhem"in 2018-ci ildə "Uembli"ni boşaltmasından sonra ora köçmək barədə danışıqlara başlayıb. Futbolinfo.az xəbər verir ki, rəhbərlik yanvarın 11-dəki iclas zamanı "Stemford Bric"də yenidənqurma işləri aparılmasına icazə veriləcəyinə əmindi.
Razılıq veriləcəyi təqdirdə "Çelsi" rekonstruksiya zamanı ev oyunlarını keçirmək üçün özünə stadion tapmalıdı. Yenidənqurma işləri 2018-ci ilin yayında başlayacaq və bunun üçün 500 milyon avro xərclənəcək.
Hazırda "Uembli"də "Tottenhem" çıxış edir. Lakin onlar 2018/19 mövsümünün əvvəlinə qədər öz stadionlarının inşa işlərini yekunlaşdırmağı planlaşdırırlar.
"Çelsi"nin stadionunun yenidənqurması isə 2021-ci ilin yayına qədər bitməlidi.