Ölkə futbolu
Çin hökuməti ayıldı: transferlərə məhdudiyyət qoyulacaq
Çin hökuməti son vaxtlar klubların transfer bazarında ?…
Çin hökuməti son vaxtlar klubların transfer bazarında əcnəbi futbolçulara həddindən artıq böyük pullar xərcləməsinə qarşı tədbir görür.
Futbolinfo.az xəbər verir ki, ölkənin bədən tərbiyəsi və idman işləri üzrə dövlət idarəsi bundan sonra məvacib və transfer xərclərinə məhdudiyyət qoyulacağı ilə bağlı bəyanat yayıb.
Bir neçə gün əvvəl Karlos Teves Çin klubu "Şanxay Şenxua" tərəfindən dünyanın ən yüksək ödənişli futbolçusu edilib.
Bundan əlavə, digər məşhur futbolçulara da ağlasığmaz təkliflər irəli sürülür.