Dünya futbolu
Amit Quluzadəsiz AEL-dən səfər heç-heçəsi
Futbol üzrə Yunanıstan çempionatında 18-ci turun oyunla…
Futbol üzrə Yunanıstan çempionatında 18-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası – AEL də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "İraklis"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb.
Amitin adı bu görüşün iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, AEL geridə qalan turlarda topladığı 16 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.