Dünya futbolu
Rüfət Dadaşov oynadı, komandası liderə qalib gəldi
Almaniyanın Şimal-Şərq Regional Liqasında 18-ci turun oyunları k…
Almaniyanın Şimal-Şərq Regional Liqasında 18-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu – "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə lider "Karl Tseys Jena" ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Oyuna start heyətdə başlayan Dadaşov 90 dəqiqə meydanda olub. Oyunda hesabı da 18-ci dəqiqədə məhz Rüfət açıb.
Qeyd edək ki, 18 turdan sonra "Moyzelvits" 21 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.