Dünya futbolu
Budaq Nəsirov oynadı, "Sportinq" uduzdu
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 24-c&uu…
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası – "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "AD Fafe" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Start heyətdə meydana çıxan Nəsirov bu matçın sonunadək oynayıb.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 26 xalla 22 komanda arasında 19-cu pillədə qərarlaşıb.