Dünya futbolu
Təbriz klubları üçün qolsuz tur
Futbol üzrə İran çempionatında 19-cu turun oyunları ke…
Futbol üzrə İran çempionatında 19-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Təbrizi təmsil edən klublar da növbəti oyunlarına çıxıblar.
Cənubi Azərbaycan paytaxtının ən məşhur klubu – "Traktorsazi" doğma meydanda bu şəhərin digər təmsilçisi "Maşinsazi" ilə üz-üzə gəlib. Qarşılaşmada qapılara qol vurulmayıb.
Təbrizin daha bir təmsilçisi "Göstəriş" də doğma meydanda "Zobahan"ın müqavimətini qıra bilməyib – 0:0.
19 turdan sonra "Traktorsazi" 16 klub arasında 38 xalla ikincidir. "Göstəriş" 25 xalla 7-ci, "Maşinsazi" isə 10 xalla sonuncu pillədə qərarlaşıb.