Dünya futbolu
Kamerunla Burkina Faso yarımfinalda – VİDEO
Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə start verilib. …
Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, bu mərhələnin ilk oyununda Burkina Faso Tunisi 2:0 hesabıyla məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Günün digər matçında isə Kamerun və Seneqal münasibətlərinə aydınlıq gətiriblər. Əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan qarşılaşmanın taleyini penaltilər həll edib. “Lotoreya”da daha dəqiq oynayan Kamerun 5:4 hesabıyla qalib gələrək, növbəti mərhələyə vəsiqə qazanıb.
1/4 finalın digər oyunları bu axşam keçiriləcək. Konqo Qana ilə, Misir isə Mərakeşlə üz-üzə gələcək.
Afrika Millətlər Kuboku
1/4 final
28 yanvar
Burkina Faso – Tunis – 2:0
Seneqal – Kamerun – 0:0 (penaltilər – 4:5)