Dünya futbolu
Dəniz Yılmaz oynadı, komandası liderə uduzdu
Futbol üzrə Türkiyə Super Liqasında 19-cu turun oyunları…
Futbol üzrə Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası – "Bursaspor" da növbəti matçına çıxıb.
Bursa klubu səfərdə çempionatın lideri "İstanbul Başakşəhər"lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
D.Yılmaz bu görüşə də start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Bursaspor" hazırda 27 xalla 18 klub arasında 8-ci pillədə qərarlaşıb.