Milli komanda
Millimiz Qətərlə yoxlama oyunu keçirəcək
Futbol üzrə Azərbaycanın əsas yığma komandası mart ayında…
Futbol üzrə Azərbaycanın əsas yığma komandası mart ayında təlim-məşq toplanışı keçirməyə hazırlaşır. Futbolinfo.az saytına bu barədə millimizin baş məşqçisi Robert Prosineçki məlumat verib.
Xorvatiyalı mütəxəssisin sözlərinə görə, komandamız martın 6-da Bakıda bir araya gələcək. Ayın 7-də millimiz Qətərə yola düşəcək. Buradakı 4 günlük təlim-məşq toplanışı çərçivəsində Prosineçki yetirmələrini martın 9-da Qətər yığması ilə yoxlama görüşündə sınaqdan keçirəcək. Həmin görüşdən sonra futbolçularımız vətənə qayıdacaqlar.