Premyer-liqa
Ələsgərov müəmmasına Qurbanov etirafı
Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində ke&…
Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən “Qarabağ” – “Neftçi” matçında qonaqların yeni transferlərindən olan Namiq Ələsgərovun meydana çıxmaması ölkə çempionunun tələbi olub. Futbolinfo.az xəbər verir ki, bunu matçdan sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bildirib.
Təcrübəli mütəxəssis futbolçunu “Neftçi”yə buraxarkən, Bakı klubu ilə millinin yarımmüdafiəçisinin cari mövsümdə komandalarına qarşı forma geyinməməsinə dair şifahi razılaşma əldə olunduğunu qeyd edib.
“Neftçi”nin baş məşqçisi Elxan Abdullayev də bu cür sövdələşmənin olduğunu etiraf edərək, “Qarabağ”a futbolçunu buraxdıqları üçün təşəkkürünü bildirib.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı 1:1 hesabı ilə çatdı.