Bizi izləyin

Premyer-liqa

Mərkəzi oyunda “yaşıl eynəkli adam”

Topaz Premyer Liqasının qış fasiləsindən sonrakı ilk tur &ldquo…

blank

Topaz Premyer Liqasının qış fasiləsindən sonrakı ilk tur “Qarabağ” – “Neftçi” matçıyla başa çatdı. Qışın oğlan çağında sərgilənən futbol elə mövsümün bu vaxtı yay idman növünə uyğun keçdi. Bu da gözlənilən idi. Çünki təlim-məşq toplanışından qayıdan heç bir komanda ilk rəsmi oyununda bacarığının 100 faizi nümayiş etdirə bilmir. Ancaq məsələ burasındadı ki, Azərbaycan bütün sahələrdə olduğu kimi, futbolda da analoqsuz ölkədi. Hər ötən tur mövsümün 2-ci yarısının 7 faiz azalması deməkdi. Özü də nəzərə alaq ki, heç-heçə tərəflərin hərəyə 2 xal itirməsi anlamına gəlir. Belədə, hər bərabərliyin toplanması mümkün olan maksimum xalın 28 faizinin itirilməsi deməkdi.

Dövrələrarası fasilədə “Qarabağ”ın kosmetik dəyişikliyi o qədər də diqqət çəkmədi. “Neftçi” isə sanki modalar atelyesinə girmiş gənci xatırladırdı. Əyninə nə cür kostyum tikildiyinə isə qış fasiləsindən sonrakı ilk imtahanda aydınlıq gələcəkdi. Doğrudu, bakılılar kostyumu tikdirsələr də, qayış ala bilməmişdilər. Ancaq deyilənə görə, artıq növbəti turda komandanın hücumçusu da olacaq. Hələliksə, Cavid İmamverdiyevin timsalında “köhnə qayış”dan istifadə etməli idilər.

“Qarabağ” mövsümlərarası fasilədə “İnter”dən transfer etdiyi Ağabala Ramazanovdan debüt oyununda narazı qala bilməz. Cəsarətli oyunuyla göz oxşayan futbolçu bu görüşdə universallığı ilə seçildi. Ramazanovdan söz açmışkən, matçın sonlarına yaxın etdiyi bir hərəkətdən vaz keçmək olmaz. Ramil Diniyevin uydurduğu penalti zərbəsi zamanı fiti səsləndikdə, sabiq “İnter”li onu bağrına basdı. Ağabalanı qınamırıq, Xaqani Məmmədovun “qarapaltarlılar”ı mövsümün ilk yarısında Ramazanovun sabiq komandasının qapısına o qədər ədalətsiz penalti təyin ediblər ki, yarımmüdafiəçi bu cür qərarı komandasının lehinə gördükdə, emosiyalarını gizlədə bilmədi.

Bəs, “Neftçi”? Artıq 13-cü dəqiqədə Qara Qarayevin Şahrudin Məhəmmədəliyevə ötürdüyü topa daha tez yetişən Cavid İmamverdiyev hesabı açmaqla, komandasına əla motivasiya qazandırdı. Ağdamlılar ilk 45 dəqiqədə topa daha çox sahib olsalar da, yalnız Dani Kintananın hiyləgər zərbəsiylə bərabərlik qolu üçün real şans qazandılar. Həmin epizodda isə Boban Baykoviç sayıq tərpəndi.

Paytaxt təmsilçisinin yeni simaları sırasında ilk oyuna görə kimlərisə xüsusi qeyd etmək düzgün olmaz. Elə kollektiv kimi də formalaşmaq üçün “ağ-qaralar”ın zamana ehtiyacı var. Ancaq diqqətçəkən məqam kimi “Neftçi”nin daha əzmkar, daha istəkli olduğunu söyləmək olar.

“Neftçi” mərkəzi rəqibinə verib, “süvarilər”i əks-hücumlarda yaxalamaq taktikası seçmişdi. Bugünkü oyuna görə, böyük ölçüdə ideyanın özünü doğrultduğunu söyləyə bilərik. Nəzərə alsaq ki, “Qarabağ” demək olar ki, qonaqların qapısı ağzına yaxınlaşa bilmədi, müdafiənin də etibarlı oynadığını iddia etmək olar. Amma yenə də uzağagedən fikirlər irəli sürmək tezdi. Çünki “Qarabağ”la “ikinci nömrə”ni seçmək olar, bəs AZAL-la? Bax, favorit olduğu oyunlarda “Neftçi”nin necə görünəcəyini söyləmək çətindi. Çünki hücum xətti istənilən futbolu sərgiləmədi. Ancaq hələ ki, bunu forvardın yoxluğu ilə əlaqələndirmək olar. Növbəti turda isə komandanı daha bir ciddi sınaq gözləyir. Bu dəfə “Qəbələ”nin timsalında.

Hakimlik? Ramil Diniyev onsuz da çoxdan “özünü sübut edib”, bu haqda nə deyirsən de, xeyri yoxdu. Onsuz da Xaqani Məmmədovun “xüsusi eynəyi” həmişə qaranı ağ göstərir. Bircə onu deyək ki, Ağabala Ramazanov Diniyevi bağrına basanda, hakim ona sarı vərəqə göstərməli idi. Həmin sarı isə avtomatik qırmızı vərəqəyə çevriləcəkdi ki, nəticədə, matçın qalan hissəsini ağdamlılar azlıqda keçirəcəkdi. Hakim bunu etməli idi. Ancaq söhbət hakimdən gedir. Elə Rəhman Hacıyevə qarşı epizodda da hakim penalti təyin etməli idi. Nə yaxşı ki, “burda qərəz yoxdu” deyən Xaqani Məmmədovumuz var. Elədi, Xaqani müəllim, burda qərəz yoxdu, savadsızlıq var idi!

Kim xal itirdi, kim xal qazandı? Sualın cavabı üzdədi. Hər iki komanda itirdi. “Qarabağ” sərgilədiyi şən futbolla qələbəyə layiq idi. “Neftçi” nümayiş etdirdiyi intizamlı futbolla. Ancaq nəticəni futbolçular yox, adəti üzrə hakim müəyyənləşdirdi.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm