Dünya futbolu
Ramil Şeydayevsiz "Trabzonspor"dan 4 cavabsız qol
Futbol üzrə Türkiyə Super Liqasında 19-cu turun oyunları…
Futbol üzrə Türkiyə Super Liqasında 19-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin komandası – "Trabzonspor" da növbəti matçına çıxıb.
Trabzon təmsilçisi doğma meydanda "Qaziantepspor"la qarşılaşıb. Ramilin komandası bu oyundan qələbə ilə ayrılıb – 4:0.
Şeydayevin adı bu matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Trabzonspor" 19 turdan sonra 27 xalla 18 klub arasında 9-cu pillədə qərarlaşıb.