Dünya futbolu
Son yarımfinalçılar bəlli oldu – VİDEO
Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. …
Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, bu mərhələnin son oyunlarında Konqo Qana ilə, Misir isə Mərakeşlə üz-üzə gəlib.
Üç qolun vurulduğu Konqo – Qana matçında sonuncular qalib gəliblər. Misir isə Mərakeşi mübarizədən kənarlaşdırıb.
Qeyd edək ki, ilk oyun günündə də Burkina Faso ilə Kamerun yarımfinala vəsiqə qazanmışdı.
Beləliklə, yarımfinalda Burkina Faso Misirlə (1 fevral), Kamerun isə Qana (2 fevral) ilə üz-üzə gələcək.
Afrika Millətlər Kuboku
1/4 final
29 yanvar
Konqo – Qana – 1:2
Misir – Mərakeş – 1:0
–