Milli komanda
Millimizin mövqeyi dəyişməz qaldı
AÇ-2018-in təsnifat mərhələsi başa çatdıqdan sonra…
AÇ-2018-in təsnifat mərhələsi başa çatdıqdan sonra futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, bu mərhələdə Avropanın zəif yığmaları çıxış etdiyindən məhz aşağı pillələrdə dəyişikliklər baş verib.
Planetin 10 ən güclü komandasının mövqeyi isə dəyişməz qalıb. Azərbaycan millisinin də mövqeyi və xal ehtiyatı dəyişməyib. Aktivində 1435 xal olan komandamız mövqeyini də qoruyub. Yığmamız yenə də ilk "10-luğ"u qapayır.
Millimizin AÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin mövqeyinə gəlincə, Macarıstan 1192 xalla 30-cu, Bosniya və Herseqovina 1129 xalla 38-ci yerdə qərarlaşıb. Albaniya da 843 xalla 77-ci yerdə qərarlaşıb.
1. Braziliya – 1916, 2. İspaniya – 1893, 3. Rusiya – 1766, 4. Argentina – 1706, 5. İtaliya – 1615, 6. İran – 1608, 7. Portuqaliya – 1567, 8. Ukrayna – 1479, 9. Qazaxıstan – 1465, 10. Azərbaycan – 1435.