Ölkə futbolu
Daniel Subotiç: “Qəbələ” ilə çempion olmağın vaxtı çatıb”
“Qəbələ”yə qayıtdığım üçün şadam…
“Qəbələ”yə qayıtdığım üçün şadam”. Futbolinfo.az xəbər verir ki, bu sözlər “Qəbələ” klubunun yeni transferi Daniel Subotiçə məxsusdu.
“Qırmızı-qaralar” rəsmi feysbuk səhifəsi vasitəsilə Daniel Subotiçlə anlaşdıqlarını bəyan ediblər. Həmin səhifədə 28 yaşlı hücumçuya “hazırsanmı” sualı da ünvanlanıb.
Buna cavab verən Subotiç yenidən “Qəbələ”nin formasını geyinəcəyi üçün çox sevindiyini bildirib. Təcrübəli forvard Azərbaycan çempionu olmaq arzusunu dilə gətirib: “Qəbələ” ilə bağlı çoxlu xoş xatirələrim və bu klubda qazandığım uğurlar var. Yenidən bu cür böyük klubda oynamaq imkanı əldə etdim. “Qəbələ” ilə çempion olmağın vaxtı artıq çatıb. Mən buna hazıram”.
Daniel Subotiç “Qəbələ”yə Moldovanın “Şerif” klubundan keçib. O, Tiraspol təmsilçisinin heyətində ötən mövsüm 12 qolla bombardir olub.
Qeyd edək ki, karyerası ərzində “Portsmut”, “Tsulte-Varegem”, “Qrosseto”, “Universitatea Krayova”, “Tarqu Mureş”, “Volın” və “Qadsia” klublarının da formasını geyinmiş Subotiç 2013-2014 mövsümündə də “Qəbələ”də çıxış edib. (Apasport)