Milli komanda
“Bursaspor”un prezidenti: "Belə bilsəydik, Azərbaycana getməzdik"
“Robert Prosineçki ilə danışıqlarımız uğurlu gedir…
“Robert Prosineçki ilə danışıqlarımız uğurlu gedirdi. Amma sonradan hadisələr biz istəyən məcrada cərəyan etmədi”. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, bunu “Bursaspor”un prezidenti Ali Ay deyib.
Türkiyə mətbuatına danışan klub rəhbəri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə anlaşa bilməmələrinin səbəbini açıqlayıb. O, xorvatiyalı mütəxəssislə görüşdükləri üçün peşman olduqlarını söyləyib: “Klub rəsmiləri xoş niyyətlə Azərbaycana getdilər və Prosineçkinin meneceri ilə görüşdülər. İlk danışıq zamanı təzminatla bağlı heç nə deyilmədi. Bu məsələ gündəmə də gəlmədi. Belə bir problemlə qarşılaşacağımızı bilsəydik, Azərbaycana getməzdik. Təzminat məsələsi son gündə ortaya çıxdı və təmsilçilərimiz dərhal Türkiyəyə qayıtdılar”.
Qeyd edək ki, “Bursaspor” rəsmiləri Robert Prosineçkini komandanın “sükanı arxası”na keçirmək üçün bir neçə gün öncə Bakıya gələrək, xorvatiyalı mütəxəssislə danışıq aparmışdı.