Ölkə futbolu
Ramaldanov Santosu əvəz etməlidi
“Qəbələ”nin Rasim Ramaldanovu transfer etməsinin səb?…
“Qəbələ”nin Rasim Ramaldanovu transfer etməsinin səbəbi bilinib. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” müdafiəçini Rafael Santosun yerinə cəlb edib.
Belə ki, brazilyalı məşqdə zədələnərək sıradan çıxıb. O, diz əzələlərindən xəsarət alıb. Futbolçunun təxminən 2 ay meydana çıxmayacağı gözlənilir. Bu səbəbdən təcili mərkəz müdafiəçisi axtaran qəbələlilər Ramaldanovun transferini həll edib.
Bundan başqa, sabiq hücumçusu Daniel Subotiçi heyətinə qatan komandanın yeni oyunçusuna nə vaxt qovuşacağı da bəlli olub. İsveçrəli hücumçu sabah Qəbələyə yollanacaq.