Premyer-liqa
18 oyunluq seriyaya son
Çempionatın ilk yarısının ən “sülhsevməz&rdquo…
Çempionatın ilk yarısının ən “sülhsevməz” komandası olan “Neftçi” mövsümdə ilk heç-heçəsini edib. Futbolinfo.az xəbər verir ki, III dövrənin ilk oyununda “Qarabağ”la bərabərliklə ayrılan paytaxt təmsilçisi 18 matçlıq heç-heçəsizliyə son qoyub.
Belə ki, “ağ-qaralar” ötən mövsümün son 4 görüşündə də “sülh”dən qaçmışdı. Bakılılar çempionatda sonuncu heç-heçəni ötən il mayın 1-də rəsmiləşdirmişdi. Həmin gün “Neftçi” Qəbələdə eyniadlı komanda ilə bərabərə qalmışdı – 2:2.
Bununla da Elxan Abdullayevin yetirmələri 273 gündən sonra heç-heçə edib. Bakılılar bu müddətdə 6 qələbə qazanıb, 12 məğlubiyyət alıb. Apasport