Ölkə futbolu
AFFA-nın növbəti Konfransını İcraiyyə Komitəsi yox, katiblik təyin edəcək
AFFA-nın növbəti konfransı martın ortasında baş tutacaq. Bu…
AFFA-nın növbəti konfransı martın ortasında baş tutacaq. Bu barədə futbolinfo.az saytına məlumatı assosiasiyaının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu verib.
Əslində, Nizamnaməyə görə, məhz belə olmalıdı. Növbəti konfrans ildə bir dəfə maliyyə ilinin başa çatmasından sonrakı 3 ay ərzində çağırılmalıdı. AFFA da buna əməl edərək, tədbiri martda reallaşdırmaq niyyətindədi. Amma bu dəfə Konfransdan öncə İcraiyyə Komitəsinin iclası olmayacaq. Halbuki Konfransı yalnız İcraiyyə Komitəsi çağıra bilər.
Həmsöhbətimiz Konfransın tarixinin əvvəlkitək İcraiyyə Komitəsinin toplantısında verilməyəcəyini belə izah edir: “İcraiyyə Komitəsinin son yığıncağında konfransın tarixinin katiblik tərəfindən müəyyənləşdirilməsinə dair qərar qəbul olundu. Nizamnaməyə əsasən, hər ilin ilk 3 ayında konfrans çağırılmalıdı. Martın 18 və 19-u istirahət günləri, sonra isə Novruz bayramı ilə əlaqədar iş olmayacaq. Bu səbəbdən də böyük ehtimalla konfrans martın 17-də çağırılacaq. Amma tarix hələ tam dəqiqləşməyib”.