Dünya futbolu
Eddi oynadı, komandası xal itirdi
Futbol üzrə İspaniya ikinci liqasında 23-cü turun oyunlar…
Futbol üzrə İspaniya ikinci liqasında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Malyorka" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0.
İsrafilov bu görüşə start heyətdə başlayıb və sonadək mübarizə aparıb. O, qarşılaşmanın 20-ci dəqiqəsində sarı vərəqə də alıb.
"Kadis" 23 turdan sonra 37 xalla 22 klub arasında 3-cü pillədə qərarlaşıb.