Ölkə futbolu
AZAL azlıqda qaldı
AZAL “Qarabağ”la oyunun ilk yarısının sonunda azlıqda…
AZAL “Qarabağ”la oyunun ilk yarısının sonunda azlıqda qaldı. Sadio Tounkara rəqib qapıçıya kobudluğa görə qırmızı vərəqə alaraq meydandan qovuldu.
Futbolinfo.az xəbər verir ki, baş hakim Orxan Məmmədov futbolçuya əvvəl sarı, ardınca qırmızı vərəqə göstərdi. Və elə bu, çaşqınlıq yaratdı. Çünki Sadionun ilk sarı vərəqəni nə vaxt aldığı dəqiq deyildi.
Fasilədə AZAL-ın məşqçisi Vadar Nuriyevlə dəqiqləşdirdik ki, Tounkara ilk dəfə 11-ci dəqiqədə danışığa görə cəzalanıb. Onun ikinci vərəqəni alarkən də qapıçıya toxunmadığı dəqiq idi. İbrahim Şehiç yerdə qıvrılsa da, bu, qazona pis düşməsinə görə idi – futbolçu ilə toqquşmamışdı. Hakimin Tounkaraya bu epizodda niyə vərəqə göstərdiyi qaranlıq qaldı. Yəqin ki, bunu protokoldakı qeydə görə aydınlaşdıracağıq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…