Dünya futbolu
Millimizin hücumçusu debüt matçında qol vurdu
Azərbaycan yığmasında oynamağa razılıq verən Renat Dadaşov ye…
Azərbaycan yığmasında oynamağa razılıq verən Renat Dadaşov yeni klubu “Ayntraxt”ın U-19 komandasında qol hesabını açıb. Futbolinfo.az xəbər verir ki, o, debüt matçındaca fərqlənib.
Belə ki, Dadaşovun komandası Gənclər Liqasının cənub zonası üzrə birincilikdə “İnqolştadt”la qarşılaşıb. 18 yaşlı hücumçu start heyətdə meydana çıxıb. 87 dəqiqə mübarizə aparan Renat 73-cü dəqiqədə komandasının ikinci qolunun müəllifi olub.
Oyun isə “Ayntraxt”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda futbolçumuzun komandası 23 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.