Bizi izləyin

Premyer-liqa

Liderlər üçün paytaxt klubları ilə sınaq

Bu gün Topaz Premyer Liqasında 17-ci tura start veriləcək. Fut…

blank

Bu gün Topaz Premyer Liqasında 17-ci tura start veriləcək. Futbolinfo.az xəbər verir ki, iki gün davam edəcək turun iki oyunu Bakıda, digər ikisi paytaxtdan kənarda baş tutacaq. 

Turun açılış matçında çempionluq uğrunda mübarizə aparan, lider "Qarabağ"ın əsas izləyicisi "Qəbələ" AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. İlk oyun gününün digər görüşündə ötən mövsümün mükafatçıları “Qarabağ”la “Zirə”nin dueli də maraq doğurur. 

Topaz Premyer Liqası
17-ci tur

8 fevral

“Qəbələ” – AZAL
blankblank
Qəbələ şəhər stadionu, 15:00.

Hazırda ikinci pillədə qərarlaşmış “Qəbələ”ni bu turda çox da çətin sınaq gözləmədiyini söyləmək olar. Hər halda sonuncu pillədə qərarlaşmış AZAL-ı, özü də doğma meydanda məğub etmək Roman Qriqorçukun komandası üçün problem olmamalıdır. Axı bu klubun hədəfi cari mövsümdə ilk çempionluğunu rəsmiləşdirməkdir. Bu yolda "təyyarəçilər"i Bakıya xalsız yola salmaq bölgə klubu üçün vacibdir.

Bu komandaların əvvəlki oyunlarının statistikası da “Qəbələ”nin qələbə qazanacağından xəbər verir. Hər halda bölgə təmsilçisi evdəki son iki oyunda xal itirməyib. AZAL son 3 matçda qol da vura bilməyib. Tərəflərin bu mövsüm baş tutmuş oyunlarına gəlincə, "Qəbələ" öz meydanında birinci dövrəyə təsadüf edən görüşdə 3 cavabsız qola sevinmişdi. İlk yarıda Filip Ozobiç, fasilədən sonra isə Ruslan Qurbanova Roman Hüseynov fərqlənmişdi. İkinci dövrədə Bakıda baş tutan qarşılaşmada isə qapılara qol vurulmamışdı. Hətta qalmaqalla da yadda qalan həmin görüşdə "Qəbələ" vacib xallar itirmişdi. 

Bütövlükdə isə, indiyə qədər tərəflər arasında baş tutan 28 oyunda paytaxt təmsilçisinin daha çox qələbə qazandığını görürük. Qəbələlilər bu mənada hesaba tarazlıq gətirə bilərlər. Top fərqində də AZAL üstündür. Amma məlum səbəblərdən Tərlan Əhmədovun komandası daha iddialı və imkanlı "Qəbələ"yə əvvəlki illərdəki kimi müqavimət göstərməyə qadir deyil. Hətta qış fasiləsindən sonrakı oyunlarında da Şüvəlan təmsilçisi "Zirə" və "Qarabağ"a oxşar hesabla (1:2) uduzub. Ağdamlılarla görüşdə aparıcı fiqurlarından Sadio Tounkaranın qırmızı vərəqə alaraq cəzalı duruma düşməsi də AZAL-ın şanslarını azaldan məqamlardandır.

Statistika: 28 oyun, +9=9-10, top fərqi 31-34

1-ci dövrə: 3:0
2-ci dövrə: 0:0

“Qarabağ” – “Zirə”
blankblank
Bakı. “Azersun Arena”, 17:30.

Əsas izləyicisi ilə müqayisədə, lider “Qarabağ”ı bu turda nisbətən daha çətin sınaq gözləyir. Axı Ağdam klubunun rəqibi ötən mövsümün gümüş mükafatçısı "Zirə"dir. Düzdür, Qurban Qurbanovun çalışdırdığı komanda indiyədək “Zirə”yə uduzmayıb. Son 4 oyunda eyni – 2:0 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisi evdə ümumiyyətlə xal itirməyib. “Zirə” son 5 matçda hətta qol da vura bilməyib. 

Statistikaya inansaq, "Qarabağ" yenə də qələbə qazanacaq. Amma Ayxan Abbasovun çalışdırmağa başladığı "Zirə" qış fasiləsindən sonra inamlı çıxış edir. Öncə AZAL-a (2:1), ardından "Kəpəz"ə (1:0) qalib gələn zirəlilər üçün liderlə səfər matçında heç-heçə də sərfəli nəticə sayıla bilər. Lakin "Qəbələ"nin autsayder AZAL-la oyunda xal itirmək ehtimalının çox az olduğunu nəzərə alsaq, Ağdam klubu liderliyi əldən verməməyə çalışacaq.

Bu mövsüm baş tutan oyunlara gəlincə, bir daha "Qarabağ"ın hər iki oyunda 2:0 hesablı qələbə qazandığını xatırladaq. Birinci dövrədə Ağdam klubu Rahid Əmirquliyevin dublu sayəsində 3 xala sevinmişdi. İkinci dövrədə isə Dani Kintana ilə Elvin Yunuszadə "Zirə"ni məyus etmişdi.

"Zirə"nin əsas heyət oyunçularından olan Sezar Meza Kolli liderlə oyunda komandasına kömək edə bilməyəcək. O, ötən tur "Kəpəz"lə oyunda qırmızı vərəqə aldığına görə cəzalı duruma düşüb. "Qarabağ"da isə itkilər daha çoxdur. Son turda uzun müddətə sıradan çıxan Dani Kintana ilə yanaşı, kapitan Rəşad Sadıqov da hələ tam hazır deyil. Komandanın digər aparıcı futbolçusu Riçard Almeydanın isə cəza müddəti başa çatmayıb.

Statistika: 6 oyun, +5=1-0, top fərqi 12-1

1-ci dövrə: 2:0
2-ci dövrə: 2:0

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-17 02:03

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-17 00:25

Şeydayevin komandası Super Liqaya vəsiqə şansını itirdi

blank
Digər idman növləri2024-05-17 00:07

Azərbaycan yığması Avropa çempionatının qalibi oldu

blank
Dünya futbolu2024-05-16 23:31

İsgəndərlinin komandası Türkiyə Super Liqasına vəsiqə qazana bilmədi

blank
Digər idman növləri2024-05-16 22:18

Final seriyasının ilk oyununda darmadağın

blank
Digər idman növləri2024-05-16 21:51

Serbiya Gimnastika Federasiyasının prezidenti Bakıda “ustad dərsi” keçib

blank
Ölkə futbolu2024-05-16 21:11

“Sabah” Abşerondan 52 uşaq seçdi

blank
Digər idman növləri2024-05-16 20:19

Ferstappen ən çox qazanan 20 idmançı sırasına düşdü

blank
Dünya futbolu2024-05-16 20:00

Finaldan əvvəl Lenni Kravits çıxış edəcək

blank
I Liqa2024-05-16 19:39

Çempionun adına son turda aydınlıq gələcək

blank
Premyer-liqa2024-05-16 19:18

“Turan Tovuz”un şikayəti təmin edilmədi

blank
Digər idman növləri2024-05-16 19:00

Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurdu

blank
Ölkə futbolu2024-05-16 18:46

“Turan Tovuz”un məşqçi və rəsmilərinin Niderland səfəri başa çatıb

blank
AÇ-20242024-05-16 18:30

Almaniya millisinin AÇ-2024 üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-05-16 18:11

“Sevilya” rekordçusu ilə yolları ayıracaq

blank
Digər idman növləri2024-05-16 17:54

Süni intellekt mərc operatorlarının qazancını xeyli artırıb

blank
Digər idman növləri2024-05-16 17:37

Azərbaycan millisi dünya çempionatında iştirak edəcək

blank
Digər idman növləri2024-05-16 17:20

Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək

blank
Digər2024-05-16 17:02

“Netflix” Olimpiada haqqında 3 serial çəkəcək

blank
Müsahibə2024-05-16 16:45

Dabo “Qəbələ”yə görə məyusdur: “Onların getməsi yaxşı olmadı”

blank
Dünya futbolu2024-05-16 16:27

İstanbul derbisinin baş hakimi açıqlandı

blank
Dünya futbolu2024-05-16 16:10

Navas “Sevilya”dan ayrılır

blank
Dünya futbolu2024-05-16 15:55

Alleqri jurnalisti hədələyib: “Gəlib hər iki qulağını qoparacağam!”

blank
Digər idman növləri2024-05-16 15:40

AÇ-də iştirak edəcək Azərbaycan gimnastları açıqlandı

blank
Digər idman növləri2024-05-16 15:23

Olimpiada Parisə 10 milyarddan çox mənfəət gətirəcək

blank
Ölkə futbolu2024-05-16 15:15

“Klubda çalışan hər bir kəsin nəticələrdə əməyi var” – “Kəpəz”in kapitanı

blank
Ölkə futbolu2024-05-16 15:01

“Sabah”ın məşqçisinə 5 oyunluq cəza

blank
Digər idman növləri2024-05-16 14:44

Millimizdən ilk oyunda qələbə

blank
Digər idman növləri2024-05-16 14:29

Ağdaşda xatirə turniri

blank
Premyer-liqa2024-05-16 14:14

AFFA Premyer Liqada əcnəbi VAR hakimləri olacağını təsdiqlədi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm