Bizi izləyin

Premyer-liqa

Premyer Liqada yubiley paytaxt derbisi

Bu gün Topaz Premyer Liqasında 17-ci tura yekun vurulacaq. Futbo…

blank

Bu gün Topaz Premyer Liqasında 17-ci tura yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutacaq. 

Öncə turnir cədvəlində qonşu olan iki komanda – “Sumqayıt” və “Kəpəz” üz-üzə gələcək. Turun qapanış matçında isə yubiley xarakterli paytaxt derbisi – “İnter” – “Neftçi” görüşü baş tutacaq.

Topaz Premyer Liqası
17-ci tur

9 fevral

“Sumqayıt” – “Kəpəz”
blankblank
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Sumqayıt. “Kapital Bank Arena”, 15:00.

Bu komandalar arasında cari mövsümdəki hər iki qarşılaşma heç-heçə nəticələnib. Birinci dövrədə Sumqayıtda baş tutan oyunda bu qış komandanın sıralarını tərk edən Vaqif Cavadov meydan sahiblərini hesabda önə keçirsə də, Kərim Diniyev gəncəliləri məğlubiyyətdən xilas etmişdi. Gəncədə baş tutan son qarşılaşmada isə qapılara qol vurulmamışdı.

Ümumiyyətlə, “Sumqayıt” 7 oyundur bu rəqibinə qalib gələ bilmir. Baxmayaraq ki, tərəflər arasında baş tutan əvvəlki oyunlarda bütün göstəricilərdə bərabərlik mövcuddur. Belə ki, əvvəlki 14 oyunda tərəflər hərəyə 4 qələbə qazandığı halda qalan 6 oyun heç-heçə bitib. Vurulan qol sayında da bərabərlik var – hərəyə 17 top. Bu dəfə də heç-heçə qeydə alınsa, bu tendensiya ən azı növbəti dövrəyə qədər davam edəcək.

Amma bu oyunda Samir Abasovun komandasının qonaqları məğlub yola salmaq şansı daha çoxdur. Məsələ burasındadır ki, sumqayıtlılar qış fasiləsindən sonra "Qəbələ" (1:1) və "İnter" (2:2) kimi iddialı rəqiblərindən xal almağı bacardığı halda, Şahin Diniyevli "Kəpəz" müvafiq olaraq "İnter" (1:4) və "Zirə"yə (0:1) uduzub. İndi Gəncə klubu "Sumqayıt"la oyunda uğursuz gedişata son qoymağa çalışacaq. Lakin "Sumqayıt"ın doğma publika önündə uğurlu seriyanı davam etdirmək üçün əlindən gələni edəcəyi şübhəsizdi. 

"Kəpəz" gənclik şəhərinin təmsilçisi ilə görüşə həm də ciddi itkilərlə çıxacaq. Belə ki, qonaq komandanın heyətində cəzalı və zədəli futbolçular var. “Zirə”yə qarşı son çempionat oyununda xəsarət alan Şəhriyar Əliyev və əvvəlki matçdan zədəli olan kapitan Tural Axundov sağalmayıb. Komandanın cəzalı üzvü isə Renan Da Silvadır. 

Statistika: 14 oyun, +4=6-4, top fərqi 17-17

1-ci dövrə: 1:1
2-ci dövrə: 0:0

“İnter” – “Neftçi”
blankblank
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Vüsal Əliyev.
Bakı. “İnter Arena”, 17:30.

Bu oyun “İnter”lə “Neftçi” üçün xüsusi əhəmiyyət kəsb edir. Məsələ burasındadı ki, bu iki klub arasında paytaxt derbisi 50-ci dəfə baş tutacaq. Əvvəlki 49 oyundan cəmi 13-də "İnter" qalib gəlibsə, "Neftçi" 21 dəfə 3 xala sevinib. Elə top fərqində də "ağ-qaralar" daha öndədirlər. Bu komanda son 5 oyundan qolsuz ayrılmayıb.

Son iki oyunda meydan sahibi komanda eyni – 2:1 hesabı ilə qələbə qazanıb. Belə ki, birinci dövrədə "İnter", ikinci dövrədə isə “Neftçi” 3 xalı bayram edib. 5-ci turda indi "Qəbələ"nin şərəfini qoruyan Araz Abdullayevin penaltidən vurduğu qol "İnter"i məyus etsə də, Rauf Əliyevin son dəqiqələrdə vurduğu iki top "Neftçi" üzərində əzmkar qələbə üçün yetərli olmuşdu. İkinci dövrədə isə Jonas Pesalli ilə Araz Abdullayevin vurduğu qolların qarşılığında "İnter"in müdafiəçisi Zurab Xizanişvilinin vurduğu top sadəcə, təsəlli xarakteri daşımışdı.

Cari mövsümdəki ənənəyə əsasən bu dəfəki derbidə "İnter"in qalib gələcəyini düşünmək olar. Hər halda liderlərin turu qələbə ilə başa vurduğunu nəzərə alsaq, onların əsas izləyicisi olan Zaur Svanadzenin komandasının başqa çıxış yolu yoxdu. Son turda "Sumqayıt"la səfər oyunundakı xal itkisi də "bankirlər"i mütləq qələbə qazanmağa vadar edir. Amma "Neftçi" də uğursuz gedişata son qoymaq istəyindədi. Qış fasiləsində heyətini yeniləyən Elxan Abdullayevin komandası "Qarabağ"la görüşdə qələbəni əldən verdisə, son turda da "Qəbələ"yə minimal hesabla məğlub oldu. İndi "ağ-qaralar" nəhayət qələbə qazanmaq istəyindədi.

Statistika: 49 oyun, +13=15-21, top fərqi 51-70

1-ci dövrə: 2:1
2-ci dövrə: 1:2

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-02 01:01

ÇL: “Borussiya” PSJ-ni məğlub yola saldı

blank
Ölkə kuboku2024-05-01 23:08

Musanın komandası İsveç kubokunu qazana bilmədi

blank
Digər idman növləri2024-05-01 22:12

“Xəzri” pley-offa böyük hesablı qələbə ilə start verdi

blank
Digər idman növləri2024-05-01 21:00

Azərbaycan yığması Qızıl Avropa Liqasının hazırlığına başladı

blank
I Liqa2024-05-01 20:30

“İmişli” və “Mingəçevir” səfərdə uduzdu

blank
Əvəzedicilər2024-05-01 20:00

“Zirə”nin əvəzedicilərindən çətin qələbə

blank
Digər idman növləri2024-05-01 19:39

Azərbaycanın güləş milliləri Bakıda toplanış keçirlər

blank
Dünya futbolu2024-05-01 19:18

Lunin yeni müqavilə üçün razılaşdı

blank
Digər idman növləri2024-05-01 19:01

AVF rəhbərliyi çempionlarla görüşdü

blank
Milli komanda2024-05-01 18:44

Milli komandamızın baş məşqçi postuna əsas namizəd bəlli oldu

blank
Digər idman növləri2024-05-01 18:27

Azərbaycanlı hakimlər Avropa kubokunun görüşlərini idarə ediblər

blank
Digər idman növləri2024-05-01 18:10

Bakıda keçiriləcək Avropa Kubokunun mükafat fondu açıqlandı

blank
Digər idman növləri2024-05-01 17:55

Federasiya prezidenti milli üzvləri ilə görüşdü

blank
Digər idman növləri2024-05-01 17:40

Azərbaycanı Avropa Kubokunda təmsil edəcək gimnastlar bəlli oldu

blank
Ölkə futbolu2024-05-01 17:21

AFFA nümayəndəsi AÇ-2024-ə təyinat aldı

blank
Dünya futbolu2024-05-01 17:02

Rabyo “Bayern”in hədəfində

blank
Digər idman növləri2024-05-01 16:45

“Prezident Kuboku”: İlk günün qalibləri bəlli oldu

blank
Premyer-liqa2024-05-01 16:27

Premyer Liqada apreldə vurulan 5 ən gözəl qol – VİDEO

blank
Müsahibə2024-05-01 16:09

“Kəpəz”in qurtulmasının sirri: “Kollektiv halında birləşdiyimiz üçün…”

blank
Dünya futbolu2024-05-01 15:52

“Tottenhem”in hücumçusu üçün mövsüm başa çatdı

blank
Digər idman növləri2024-05-01 15:37

Gürcü boksçu: “Rusiyalı boksçuya uduzmağım üçün böyük pul təklif edildi”

blank
Ölkə futbolu2024-05-01 15:20

Klublar Komitəsi bu gün toplanır

blank
Digər idman növləri2024-05-01 15:07

“Ferrari”nin direktoru ən böyük transfer üçün Londona yola düşdü

blank
Digər idman növləri2024-05-01 14:38

“Həm hücum planında, həm də müdafiədə dəyişikliklərə hazır olmalıyıq”

blank
Digər idman növləri2024-05-01 14:19

Azərbaycanın Avropa çempionu olan ilk qadın şahmatçısı vətənə qayıdıb

blank
Dünya futbolu2024-05-01 14:00

Keyn ÇL-də yeni nailiyyətə imza atdı

blank
Digər idman növləri2024-05-01 13:42

“Prezident Kuboku 2024”-ün açılış mərasimi keçirilib

blank
Digər idman növləri2024-05-01 13:24

Tamaşaçı sayını 100 min səhv elan etdilər

blank
Dünya futbolu2024-05-01 13:09

Kroos: “Əsas odur ən yaxşılar bizdə oynayır”

blank
Ölkə futbolu2024-05-01 12:50

ÇL-də format dəyişikliyi: “Qarabağ” üçün nə dəyişəcək?

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm