Bizi izləyin

Premyer-liqa

Dumanın gizlətmədiyi səhv

 “Qəbələ” – AZAL. Turun Abşeron yarımadas?…

blank

 “Qəbələ” – AZAL. Turun Abşeron yarımadasından kənarda keçirilən tək matçı. Qarlı dağlar aşaraq, çox olmasa da, bir neçə el dolaşaraq qarşılaşmadan 3 saat əvvəl – təxminən saat 12-də Qəbələyə çatdım.

Matçın startından çox əvvəl gəldiyimdən nə iləsə vaxt keçirməli idim. Bu yerdə U-19 liqasının oyunun olması yerinə düşdü. Çempionatın məğlub olmayan yeganə komandasının, turnir cədvəlində 2-ci pillədə yer alan “Qəbələ”nin 19 yaşlıları orta sıralarda qərarlaşan “İnter”li həmyaşıdlarını qəbul edirdi. Hər nə qədər turnir cədvəlində meydan sahibləri üst pillələrdə qərarlaşsa da, qonaqlar bu görüşdə rəqibini bir baş üstələyirdi.

Qarşılaşmanı izləyənlər arasında “Qəbələ”nin futbol akademiyasının direktoru Halim Fıçıcı və müavini Nail Kərimov da var idi. Kərimovla söhbətdən aydın oldu ki, meydanda olanlar heç də U-19-un əsas heyət üzvləri deyilmiş. Əsas heyətin oyunçuları dünən əvəzedicilərin oyununda iştirak etdiyindən bu gün baş məşqçi Emin İmaməliyev onlara istirahət vermişdi. Amma meydanda olanlar da işinin öhdəsindən pis gəlmədilər və qarşılaşma sülhlə yekunlaşdı – 1:1.

Ən diqqətçəkən məqam isə qarşılaşmanın təbii ot örtüyünə malik meydançada keçirilməsi idi. Hansı ki, bəzi Premyer Liqa klubları bunu ancaq səfər matçlarında görə bilir.

Görüşün keçirildiyi köməkçi meydança əsas meydançanın 4-5 metrliyindədi. Məsafə qısa olsa da, əsas meydançada oynamaq üçün məşq edib, əziyyət çəkmək və buna layiq olmaq lazımdı. Hansı ki, az sonra əsas komandaların matçında meydana çıxan Tellur Mütəllibov, Ürfan Abbasov kimi futbolçular buna nail olub.

Əsas komandanın futbolçularının isə yolu dumanlı görünürdü. Matçın startına 1 saatdan az vaxt qalmış meydançanı qatı duman öz cənginə almışdı. Getdikcə qatılaşan duman bir az da davam etsəydi, görüşün təxirə salınmasına səbəb olacaqdı. Xoşbəxtlikdən bu, baş vermədi və görüş təyin olunduğu vaxtda  – saat 15:00-da start götürdü.

Qarşılaşma, gözlənildiyi kimi, meydan sahiblərinin üstülüyü ilə başlasa da, onların erkən qol vurmaq istəyi elə istək olaraq da qaldı. Baş məşqçi Roman Qriqorçukun cəza səbəbindən tribunadan izlədiyi görüşdə komanda öz oyununu tapmaqdan çətinlik çəkirdi. Ümumiyyətlə, həm meydandakı futbolçular, həm də klubun rəsmilərinin üzərində çox böyük psixoloji təzyiq hiss olunurdu. Bu, xal itirmək qorxusu idi. Təbii ki, heç kim ilin-günün bu vaxtı autsayder sayılan AZAL-la ev görüşündə 3 xalı əldən vermək istəmirdi. Ona görə də hamıda bir tələskənlik var idi. Elə bu tələskinliyin nəticəsidi ki, “qırmızı-qaralar”ın futbolçuları sanki meydanda öz yerlərini tapmaqda çətinlik çəkirdi. İnamla müdafiə olunan “təyyarəçilər” isə öz məqamlarını gözləməkdə idi. Əks-hücumlara bel bağlayan komandada Elnur Süleymanov və Nuqzar Kviritiya fəallığı ilə seçilirdi. Görünür, elə baş məşqçi Tərlan Əhmədov da Süleymanovun sürətinə daha çox bel bağlayırdı. Məhz AZAL-ın qapısına vurulan künc zərbələri zamanı mərkəz hücumçusu Röyal Nəcəfov müdafiə xəttinə köməyə gedirdisə, onu məhz Elnur əvəzləyirdi.

Epizodların birində qonaqlar az qala əks-hücumda istəyinə nail olacaqdı. Amma son anda cinahda yerlə ötürməyə ayaq qoyan “Qəbələ”li müdafiəçilər bunun qarşısını aldılar. Meydanın “Qəbələ”yə aid hissəsində pressinqə əl atan AZAL futbolçuları bəzən rəqib komandada çaşqınlıq yaratmağa nail olur, onların hücuma başlamasına imkan vermirdi.

Filip Ozobiç, Nika Kvekveskiri, Rəşad Sadiqov və Cavid Hüseynov kimi ifaşılardan qurulmuş orta xətt hücumları çox vaxt sağ cinahdan qurmağa çalışırdı. Komandanın köhnə-yeni hücumçusu Subotiçin qayıdışından sonra onun bacarığına güvənən komanda məhz verilən tapşırığı tam yerinə yetirə bilmirdi. Belə ki, isveçrəli hücumçuya ünvanlanan bütün asmalar qeyri-dəqiq olurdu.

Fasilədən sonrakı ilk20-25 dəqiqədə də ssenari dəyişmədi – 64-cü dəqiqəyə kimi… Cinah asmasından sonra Subotiç çölə çıxan topu son anda komanda yoldaşı Zenyova ötürdü. Estoniyalı futbolçunun fərqlənməsinin qarşısını isə Omeqa Roberts kobudluqla aldı. Penalti və qırmızı vərəqə… Ağ nöqtəyə yaxınlaşan Ozobiç yerli publikanın çoxdan gözlədiyi qolu vurmağı bacardı.

Hesabda və oyunçu sayında geri düşən AZAL-ın müqaviməti azalmalı idi. Lakin gözlənilənin əksinə, qonaqlar itirməyə heç nəyin qalmadığını düşünərək irəli atılddı. Yenilgi ilə barışmaq istəməyən Tərlan Əhmədovun yetirmələri xalsız qalmaq istəmirdi. İnsaf naminə, onlar əslində, istəyinə çatmaq üzrə idi. Amma baş hakim İnqilab Məmmədovun "inqilabi qərar"ı onların arzusunu gözündə qoydu. Referi 74-cü dəqiqədə Rəşad Abdullayevin cərimə zərbəsindən asmasının qarşısını açıq əllə alan Subotiçin bu hərəkətinə penalti qərarı verməməklə daha bir qalmaqala səbəb oldu. Hamılıqla etiraz edən şüvəlanlı futbolçuların qışqır-bağırı da Məmmədovu fikrindən daşındırmadı.

Buna baxmayaraq, hücumlarını davam etdirən qonaqlar 2 dəqiqə sonra daha bir real qol şansını qaçırdı. Bu dəfə də Abdullayevin zərbəsini qarşısını Dimitri Bezatosnı kəsdi – amma qaydalar çərçivəsində.

Hamının matçın elə bu hesabla yekunlaşacağını gözlədiyi vaxtda “Qəbələ” 2-ci topu rəqib qapısından keçirdi. Məhəmməd Mirzəbəyovun cinah keçidindən sonra Ozobiç matçda 2-ci, mövsümdə isə 9-cu qolunu vurmaqla dublunu rəsmiləşdirdi.

İnqilab Məmmədovun final fiti həm də özünün və sədri Xaqani Məmmədovun  tənqidlərinin start fiti sayılmalıdı. Qış fasiləsindən sonra oynanılan 10 matçın yarısında – 5-də ciddi, hətta nəticəyə təsir edən səhvlər qeydə alınıb. Bu görüşlərin 4-ü isə məhz “Qarabağ”la “Qəbələ”nin payına düşür. “Böyük”lərin davasında isə ayaq altda qalan uşaq rolunu autsayderlər – “Neftçi” və AZAL oynayıb.

ELMAR ABDULLA-ZADƏ, Bakı – Qəbələ – Bakı

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm