Müsahibə
Adrian Skarlatake: "Komanda olaraq zəif oyun göstərdik"
Azərbaycan Premyer Liqasının 17-ci turunda keçirlən "?…
Azərbaycan Premyer Liqasının 17-ci turunda keçirlən "İnter" – "Neftçi" qarşılaşması qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatdı. Futbolinfo.az xəbər verir ki, oyundan sonra ev sahibi komandanın müdafiəçisi Adrian Skarlatake jurnalistlərin suallarını cavablandırıb:
– Oyun haqqında nə deyə bilərsən?
– Bu gün çox pis oynadıq. Oyunun startı çox pis alındı və bunun nəticəsində qələbəni əldən verdik.
– "Neftçi"dən belə oyun gözləmirdiz?
– "Neftçi"nin güclu oyun göstərdiyini deməzdim. Onlar normal futbolunu oynadı. Sadəcə, biz çox pis oynadıq, buna görə də məğlub olduq.
– Müdafiə xətti bu gün zəif çıxış etdi, xüsusilə ilk qolda…
– Bu məğlubiyyəti sırf müdafiə xəttinin çıxışı ilə bağlamazdım. Ümumilikdə komanda olaraq zəif oyun göstərdik.
– Zəif oyunun səbəblərindən biri də maliyyə problemləri ola bilərmi?
– Xeyr. Sadəcə, bir oyun məğlub olduq. Bir məğlubiyyətlə biz hər şeyi itirmiş sayılmırıq. Bir daha qeyd edim ki, bu gün oyunumuz alınmadı.
– Son 2 turda komandanız 5 xal itirdi. Avrokuboklara vəsiqə qazanmaq şansınızı itirməkdən qorxmursunuz?
– Ən yaxın rəqibimiz "Zirə"dən 9 xal öndəyik. Bir oyunda məğlub olmaq hər şeyi itirməyimiz anlamına gəlmir.
NİCAT SALMANLI
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…