Premyer-liqa
“Neftçi” 1000-i yarıladı
Topaz Premyer Liqasının 17-ci turunun “İnter”lə səfə…
Topaz Premyer Liqasının 17-ci turunun “İnter”lə səfər qarşılaşması “Neftçi” üçün yubiley qolu ilə əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” Azərbaycan çempionatları tarixində rəqib meydanlarında 500-cü qolunu vurub.
Yubiley qoluna çilili İqnasio Herrera imza atıb. Komandasının 3:1 hesablı qələbəsi ilə başa çatan oyunun 58-ci dəqiqəsində fərqlənən cənubi amerikalı həm matçda sonuncu qolu vurub, həm də “Neftçi”nin 1000-i yarılamasında pay sahibi olub.
1992-ci ildən keçirilən ölkə çempionatlarındakı 500-cü səfər qolunu vuran bakılılar buna 351-ci matçda nail olub. “Ağ-qaralar”ın rəqib meydanındakı orta məhsuldarlığı 1,425-ə bərabərdir. Paytaxt təmsilçisi 25 illik tarixə malik çempionatlarda ən çox səfər qolu vuran komandadır. PFL
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib