Ölkə futbolu
Rəsmən təsdiqləndi: “Şeydayev bu gün müqaviləyə qol çəkəcək”
Ramil Şeydayev bu gün rəsmi müqaviləyə imza atacaq. Futb…
Ramil Şeydayev bu gün rəsmi müqaviləyə imza atacaq. Futbolinfo.az xəbər verir ki, milli komandamızın futbolçusu Slovakiyanın “Jilina” klubunun uğurları üçün tər tökəcək.
Xəbəri dəqiqləşdirmək üçün AFFA-nın baş meneceri Riad Rəfiyevlə əlaqə saxladıq. Həmsöhbətimiz informasiyanı təsdiqlədi: “Ramil elə bir yaşdadı ki, ona mütləq oyun praktikası lazımdı. Biz də AFFA olaraq, onun inkişafı üçün müxtəlif variantları gözdən keçirdik. Həm səviyyəli çempionat olmasını, həm də daimi praktika qazanması və qollar vurmasını istədiyimiz variantın üzərində dayandıq. Şeydayev bu gün Slovakiya “Jilina”sı ilə 1,5 illik müqaviləyə imza atacaq. Hücumçu Slovakiya klubunda icarə əsasında çıxış edəcək”.
Qeyd edək ki, Ramil Şeydayev ötən ilin yayında Rusiya “Zenit”indən “Trabzonspor”a keçib. Türkiyə təmsilçisi ilə 4 illik müqaviləyə imza atan forvard oyun praktikası sarıdan korluq çəkirdi. O, cəmi 2 kubok və 1 çempionat qarşılaşmasında forma şansı qazanmışdı.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza