Dünya futbolu
Millimizin hücumçusu üçün 90 dəqiqə
Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə bir…
Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə birincilikdə 17-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasında oynamağa razılıq verən Renat Dadaşovlu “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Ştutqart"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Dadaşov start heyətdə başladığı bu oyunun sonunadək meydanda olub.
Hazırda futbolçumuzun komandası 23 xalla 14 klub arasında 7-ci pillədə qərarlaşıb.