Müsahibə
Roman Qriqorçuk: "Buna görə pərt olmamalı, əksinə, başımızı dik tutmalıyıq"
Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə “Zirə&…
Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə “Zirə”ylə bərabərə qalan (2:2) “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:
– Komandamdan razı qaldım. Öz üslubumuzda oynadıq. Yaxşı qol imkanlarımız oldu. Bu gün süni meydança bizə mane oldu. Bura alışmaq lazım idi. Daha sonra vəziyyət düzəldi. Təəssüf ki, standart vəziyyətdən 2 qol buraxdıq. Uşaqlar ümumilikdə yaxşı oynadılar. Onlara demişəm ki, başlarını aşağı salıb öz işlərini görsünlər.
– Qələbənin əldən getməsində psixoloji gərginliyin nə dərəcədə rolu oldu?
– Yaxşı oyun göstərdik, sadəcə, nəticə əldə edə bilmədik. Buna görə pərt olmamalı, əksinə, başımızı dik tutmalıyıq. Düzdü, səhvlərdən qollar buraxdıq. Amma motivasiyanı itirmək günü deyil.
– Rasim Ramaldanovun da qırmızı vərəqə almasından sonra komandada ciddi müdafiəçi problemi yarandı. “Qarabağ”la görüşdə bu amil sizə nə kimi problem yarada bilər?
– Hazırda vəziyyət belə alındı. Məşqdə, oyunda hər şeyi düzgün etməklə yanaşı, uğur da sənin tərəfində olmalıdı. Nə edə bilərik? Başa düşürük ki, vəziyyət belədi. Əhvalımızı korlamamalı, öz işimizi düzgün qurmalıyıq. Ağlayası deyilik ki.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Ölkə futbolu2024-04-29 12:33
“Qarabağ” “Turan”a çata bilmədi
- Ölkə futbolu2024-04-29 20:00
“Baku Sportinq”dən növbəti darmadağın