I Liqa
"Rəqibdən asılı olmayaraq, bütün oyunlarda məqsədimiz qələbədir"
"Səbail"in kapitanı Saşa Yunisoğlu Birinci Divizionun 15…
"Səbail"in kapitanı Saşa Yunisoğlu Birinci Divizionun 15-ci turu çərçivəsində qarşılaşdıqları MOİK-lə oyun haqqında fikirlərini klubun rəsmi "Facebook" səhifəsinə bildirib. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
"Oyun komandamız üçün yaxşı keçdi. Xüsusilə birinci hissədə komandanın oyunu uğurlu alındı. Fikrimcə, oyun ərzində məşqçinin verdiyi tapşırıqları tam şəkildə yerinə yetirməyi bacardıq. Qol vurduqdan sonra müdafiəyə daha çox diqqət ayırmağa başlasaq da, ikinci qol nəticəni müəyyənləşdirdi və bizi son dəqiqələrdə meydanda bir qədər rahatlaşdırdı.
Növbəti oyunumuz "Qaradağ Lökbatan"a qarşı olacaq. Çempionluğa oynayırıq və rəqibdən asılı olmayaraq, bütün oyunlarda məqsədimiz qələbədir".
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…