Milli komanda
Millimiz Gürcüstana qalib gəldi
Gürcüstanın paytaxtı Tiflis şəhərində təlim-məşq to…
Gürcüstanın paytaxtı Tiflis şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində daha bir yoxlama oyunu keçirib. Futbolinfo.az xəbər verir ki, millimizin rəqibi yenə Gürcüstan yığması olub.
Sona Rəhimovanın vurduğu qol sayəsində yığmamız 1:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.