Dünya futbolu
PSJ “Barselona”nı biabır etdi, "Benfika” “Borussiya”ya qalib gəldi
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsin?…
Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Portuqaliyada “Benfika” Dortmund “Borussiya”sını sınağa çəkib. Qarşılaşmanın taleyini bir qol həll edib. Qonaqların penaltini boşa verdiyi görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Günün daha çox maraq doğuran görüşündə isə PSJ “Barselona” ilə üz-üzə gəlib. Bu görüş isə bol qollu alınıb. Paris təmsilçisi çoxlarının gözləmədiyi halda Kataloniya klubuna dörd cavabsız qolla qalib gəlib.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
14 fevral
“Benfika” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) – 1:0
Qollar: K.Mitroğlu, 49 (1:0).
Qarşılaşmanın 58-ci dəqiqəsində qonaqların forvardı P.E.Obameyanq penaltidən yararlana bilməyib.
PSJ (Fransa) – “Barselona” (İspaniya) – 4:0
Qollar: A.Di Mariya, 18 (1:0). Y.Draksler, 40 (2:0). A.Di Mariya, 55 (3:0). E.Kavani, 72 (4:0).