Bizi izləyin

Müsahibə

Şeydayev: “Ümidlərimi daha çox Azərbaycan millisinə bağlayıram”

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Rusiyanı…

blank

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Rusiyanın sportsdaily.ru saytının əməkdaşının suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, gənc forvard müsahibəsində “Jilina”ya transferindən, eləcə də Azərbaycan yığması ilə bağlı hədəflərindən söz açıb. 

– “Jilina”ya keçidiniz necə baş verdi?
– Slovakiya klubundan təklif aldım və ora yollanmaq qərarına gəldim. “Jilina” yaxşı komandadı və hazırda ölkə çempionatında liderdi. Çox güman ki, gələn mövsüm Çempionlar Liqasında mübarizə aparacaq. “Trabzonspor”dakı sabiq komanda yoldaşlarım Bero və Duritsa mənə dedilər ki, “Jilina” möhkəm komandadı. Burda baş məşqçi ilə görüşdüm. O, mənim keçidimdən məmnun qaldığını söylədi, “sən bizə, biz də sənə kömək edəcəyik” dedi. Təbii ki, start heyətində oynayacağıma təminat vermədi, çünki burda gərgin rəqabət var. Bilirəm ki, “Jilina” çox qol vuran komandadı. Bu üzdən də bura uyğunlaşmaq asan olacaq.
 
– “Jilina”nın hansısa futbolçunu əvvəlcədən tanıyırdınızmı?
– Xeyr, amma tədricən tanımağa başladım. İngilis dilində az da olsa bilirəm. Üstəlik, burdakı futbolçuların da çoxu rus dilini başa düşür. Fiziki cəhətdən hazır olmağa çalışıram. Ümid edirəm ki, həftəsonuna qədər tam hazır olacam.
 
– Harda qalırsınız?
– Hələlik, oteldə. Yəqin ki, tezliklə kirayə ev tutacam. Hər şey yaxşıdı.

– Jilinada hava Trabzondakından daha sərt olur?
– Hələlik, xeyr. Türkiyədə qış o qədər də isti olmur. Yalnız fevralın ortaları bir az isti keçir.

– “Trabzonspor”dan necə ayrıldınız?
– Normal. Türkiyə klubu ilə uzunmüddətli müqaviləm var və “Jilina”da icarə əsasında çıxış edəcəm. Trabzonda mənə uğurlar arzuladılar.

– Türkiyə Superliqasında 1 matçda iştirak etdiniz və ölkə kubokunda 1 qol vurdunuz. Yarımillik Türkiyə macəranızı necə dəyərləndirərdiz?
– Mənə orda çətin oldu. Futbolda belə hallar olur, alınmadı və oyun praktikamı artırmaq üçün icarəyə yollandım. Həyatda belə şeylər olur. Təslim olmamalı və özümü təsdiq etməliyəm. Hər şey özümdən asılıdı.
 
– Çox gənc yaşda Türkiyənin böyük klublarından birinə keçdiniz. Düşünmürsünüz ki, əsas heyətə düşə bilməməyinizin səbəbi məhz budu?
– Bu sualı “Trabzonspor”un baş məşqçisinə versəniz, daha yaxşı olar. Fikrimcə, oynamağa tam hazır idim, amma niyə belə alındığını bilmirəm.
 
– Türkiyə çempionatı barədə nə deyə bilərsiniz?
– Güclü, maraqlı çempionatdı. Gözlədiyim kimi oldu: yaxşı azarkeşləri, əla stadionları var. Mənim çox xoşuma gəldi. “Trabzonspor”da əla komanda formalaşdırılır, oyunçular arasında münasibət yüksək səviyyədədi.
 
– “Zenit”də çıxış etmiş “Trabzonspor”un əfsanəvi futbolçusu Fatih Təkkə ilə görüşdünüzmü?
– Xeyr, onunla heç bir söhbətim olmayıb.
 
– “Trabzonspor” böyük klubdu?
– Bəli. Orda oynamamağımdan başqa hər şey ürəyimcə idi. Yerli azarkeşlər də məni çox isti qarşıladılar. Trabzonda futbolu sevirlər. Azarkeşlər bütün oyunçuları tanıyırlar və onları daim dəstəkləyirlər.
 
– Azərbaycan millisində “Trabzonspor”dan çox oyun keçirmisiniz. Yığmaya dəvət sənin üçün ürək rahatlığı rolunu oynayırmı?
– Belə cavab verəcəm: Azərbaycan yığmasını seçməkdən məmnunam. Hiss edirəm ki, mənimlə maraqlanırlar, məndən yaxşı oyun və qollar gözləyirlər. Milliyə tez uyğunlaşdım. İlk oyundan komandama mümkün qədər çox xeyir verməyə çalışdım.
 
– “Zenit”in oyunlarını izləyirsinizmi?
– Əlbəttə. Oyunlara da baxıram, uşaqlarla əlaqə də saxlayıram.
 
– “Zenit” Avropa Liqasının 1/16 final mərhələsində “Anderlext” səddini keçə biləcəkmi?
– Fikrimcə, keçəcək. Çünki “Zenit” rəqibdən daha güclüdü.
 
– Sankt-Peterburq klubunu tərk etdiyiniz və vətəndaşlığı dəyişdiyiniz üçün heç təəssüflənmisizmi?
– Xeyr, bu qərarıma görə peşman deyiləm. Getməsəydim, peşman olardım.
 
– “Zenit”də oynamaq şansınız yox idi?
– Niyə yox idi? Şans hər zaman var. Sadəcə, gücümü başqa ölkədə və çempionatda sınamaq qərarına gəldim.
 
– Deyilənə görə, “Zenit” sizə yeni müqavilə təklif etmişdi…
– Bəli, təklif olunmuşdu. Ancaq mən öz seçimimi etdim.
 
– Qarşıdakı il yarım müddət üçün hədəfləriniz nələrdi?
– “Jilina”da öz oyunumu göstərmək, əsas heyətin daimi üzvünə çevrilmək və avrokuboklarda iştirak etmək istəyirəm. Ümidlərimi daha çox Azərbaycan millisinə bağlayıram. DÇ-2018-in seçmə qrup mərhələsində 3-cü pillədə qərarlaşırıq. Rusiyada keçiriləcək final mərhələsinə vəsiqə əldə etmək şansımız az deyil. Azərbaycandakı hamı kimi, bu, mənim üçün də böyük hadisə olar. (Apasport)

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-30 23:44

“Xırdalan” pley-offa qələbə ilə başladı

blank
Ölkə futbolu2024-04-30 22:31

Yüksək Liqada 20-ci turun təyinatları açıqlandı

blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm