Bizi izləyin

Müsahibə

Kamran Quliyev: "Bütün klublar hakimliklə bağlı problemin nədən qaynaqlandığını anlayır"

AFFA Klublar Komitəsinin sədri Kamran Quliyev bu gün qurumun ba…

blank

AFFA Klublar Komitəsinin sədri Kamran Quliyev bu gün qurumun baş tutan iclasından sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə “Sumqayıt”ın prezidenti həm müzakirəyə çıxarılan məsələlər, həm də klubla bağlı gələcək planlardan danışıb.

– İclasda hansı məsələlərin müzakirəsi aparıldı?
– Gündəlikdə iki məsələ var idi: uşaq komandaların yarışlarının keçirilməsi və əvəzedicilərin oyunlarının formatı. AFFA-dan da nümayəndə dəvət edilmişdi və bununla bağlı müzakirələr oldu. Bir neçə ildi ki, klub rəsmiləri və baş məşqçilər tərəfindən əvəzedicilərin oyunlarının Premyer Liqa matçlarından bir gün sonra baş tutması təklifi var. Nəhayət ki, bütün klublarda vahid fikir yaranıb. Yaxın günlərdə bununla bağlı PFL-ə müraciət edəcəyik.
 
– Ancaq bütün dünyada əvəzedicilər əsas komandalardan bir gün əvvəl oynayırlar…
– Biz dünyada gedən bu prosesləri təhlil etdik. Bir çox ölkədə əvəzedicilərin çempionatı fərqli formatda keçirilir. Bizdə əsas komandanın tərkibində 21 yaşadək bir oyunçu mütləq meydançada olmalıdı. Baş məşqçilər ehtiyatda qalacaq oyunçuları müəyyənləşdirəndə ən azı 2 gənci nəzərdə tuturlar. O futbolçular əvəzedicilərə qatıla bilmirlər. Çünki həmin vaxt Premyer Liqa oyunlarına hazırlaşırlar. Dəyişiklikləri də nəzərə alsaq, bir oyunda maksimum 14 futbolçu iştirak edə bilər. 4 nəfər isə kənarda qalır. Biz deyən format qəbul olunsa, əsas komandada ehtiyatda qalan gənc oyunçular bir gün sonra əvəzedicilərdə iştirak edə bilərlər.
 
– İclasda hakimlik də müzakirə olunub. Hakimlər Komitəsinin sədrini iclasa dəvət etmək olmazdımı?
– Klublar hakimliklə bağlı öz fikirlərini bildirdilər. Təbii ki, bəzi fikirlər narazılıq hissi ilə deyildi. Bu, gündəlikdə yox idi. Amma hər iclasda hakimlik müzakirə olunur. Hakimlər Komitəsi ilə bağlı hansısa tövsiyəyə lüzum olsa, təbii ki, rəhbərini dəvət edə bilərik.
 
– Premyer Liqanın 8 komandasından yarısı təbii ot örtüyü üzünə həstərdi. Bu isə digər 4 klubu narahat edir. Onlar oyunçularının zədələnmələrindən narazıdılar. İclasda bu məsələ müzakirə olundumu?
– Bu barədə ötən iclasda söhbət oldu. Bu dəfə gündəmə gətirən olmadı. Yeni bir şey icad etməyəcəm. Hamımız komandaların təbii örtükdə oynamasını istərdik. Təbii örtüklü meydançanın hazır vəziyyətə gətirilməsi, komandaların həftə ərzində orda məşq etməsi üçün lazımi şərait yoxdu. “Neftçi”, “Qəbələ” və “Qarabağ”ın nisbətən şəraiti var. Digər komandaların təbii örtüklü meydançaları saxlamaq imkanları yoxdu. Bizim iki futbolçumuz diz bağlarının qopması ucbatından uzun müddətə sıradan çıxıb. Hər ikisi Türkiyədəki təlim-məşq toplanışında, özü də təbii örtükdə zədələnib. Bu, təsadüf ola bilər. Nədənsə bizim oyunçular süni örtüyə öyrəşiblər.
 
– “Sumqayıt” stadionunun ot örtüyü normal olsa da, azarkeş tutumu azdı. Bununla bağlı hansısa dəyişiklik planlaşdırılırmı?
– Son vaxtlar mətbuatda məlumatlar yayılır ki, yenilik olacaq, stadion tikiləcək. Son iki ildə Sumqayıtda kifayət qədər dəyişiklik olub. İnanmaq istəyirik ki, bunun futbol təsərrüfatımıza da təsiri olacaq. Mən ilk beynəlxalq görüşü Sumqayıtda görmüşəm. Türkiyə ilə Azərbaycanın gənclər yığması üz-üzə gəlirdilər. Mən də istərdim ki, sumqayıtlılar böyük, əzəmətli stadionda oynasınlar. Stadion hazırda şəhərin balansındadı. Belə vəziyyətdə nəsə deməyim doğru olmaz.
 
– Bir ara AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə əcnəbi mütəxəssisin gətirilməsi müzakirəyə çıxarılmışdı. Demək olarmı ki, həmin söhbət bağlanıb?
– Hakimlərlə bağlı bütün məsələləri klublar AFFA-ya fərdi şəkildə bildiriblər. Bu gün hansısa bir tövsiyə səslənməyib. Problem var, bunu bilirik. Bütün klublar da bunun nədən qaynaqlandığını anlayır. Klublar fərdi qaydada Hakimlər Komitəsinə və PFL-ə müraciət edirlər.
 
– Yayımdan əldə ediləcək gəlirlə bağlı yeni təkliflər olacaqmı?
– Bilirik ki, bu məsələ açıq qalıb. Futbol termini ilə desək, top hazırda “CBC Sport”un tərəfindədi. Bizə məlumat verilmişdi ki, Premyer Liqanı “CBC Sport” yayımlayacaq. Hər kluba da 70 min pul nəzərdə tutulmuşdu. Kanalın rəhbəri ilə də burda görüş təşkil etmişdik. Burdakı həmkarlar futbol sahəsində məndən də çox yer alırlar. 2011-ci ildə bir oyunun yayımlanması üçün nə qədər vəsait verirdik. Keyfiyyətdən heç danışmaq istəmirəm. Təbii ki, kanalın klublara vəsait ödəməsində biz də maraqlıyıq. Həmçinin geyimlərin satışından, yayımdan da gəlir əldə etmək istəyirik. Amma gəlin, reallığa baxaq. “CBC Sport” yayım məsələsində öz işinin öhdəsindən məharətlə gələ bilir. Premyer Liqanın oyunları yüksək səviyyədə yayımlanır. Biz də istəyirik ki, buna görə vəsait alaq. Bu, təkcə bizim, AZAL-ın, “Zirə”nin istəyi deyil. İmkanlı klubların da istəyi belədi. Yayımdan əldə edilən gəlir bir futbolçunun illik maaşı ola bilər.
 
– “Sumqayıt” avrokuboklara vəsiqə qazansa, əcnəbi futbolçu transferi ilə bağlı qadağa aradan qaldırılacaqmı?
– Avrokuboklara vəsiqə qazansaq, ola bilər. Amma indidən dəqiq bir söz deməyə çətinlik çəkirəm. Ölkəmizi təmsil etsək, ola bilsin, müvəqqəti olaraq buna getdik. Bizdə qadağa yoxdu, bu, siyasətdi. Bunda bir dəyişiklik etmək üçün komanda gərək hansısa nəticə əldə etsin.

ELMAR ABDULLA-ZADƏ

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 18:32

“Arsenal”ın braziliyalıları Turinə köçə bilər

blank
Digər idman növləri2024-04-15 18:18

Azərbaycan taekvondoçuları Serbiyada iki medal qazanıblar

blank
Digər idman növləri2024-04-15 18:04

Fransa prezidentinin B və C planı

blank
Digər idman növləri2024-04-15 17:50

Yeni rekord – oturub-durmada

blank
Digər idman növləri2024-04-15 17:33

“Azərreyl” yarımfinalın ilk oyununda qələbə qazandı

blank
Ölkə futbolu2024-04-15 17:19

Yunanovun 200-cü oyunu

blank
Premyer-liqa2024-04-15 17:07

“Sabah” 3 qolla 3-cü oldu

blank
Digər idman növləri2024-04-15 16:52

Azərbaycan para-badmintonçuları üçün İspaniya sınağı

blank
Premyer-liqa2024-04-15 16:35

Dörd matçda 1 qol

blank
Müsahibə2024-04-15 16:20

“Sanki özümüz rəqibə 3 top vurmağa icazə verdik”

blank
Digər idman növləri2024-04-15 16:02

Avropa Cüdo Birliyi millimizin Avropa Kubokundakı çıxışını yüksək qiymətləndirib

blank
Digər idman növləri2024-04-15 15:45

Cordanın imzalı ayaqqabıları 482 minə satıldı

blank
Dünya futbolu2024-04-15 15:28

Krivotsyukun komandası səfərdə uduzdu

blank
Dünya futbolu2024-04-15 15:10

“Mançester Yunayted” zərbə altında

blank
Ölkə futbolu2024-04-15 14:52

İcraiyyə Komitəsi nəyi gözləyir?

blank
Digər idman növləri2024-04-15 14:37

Azərbaycan çempionatı keçiriləcək

blank
Digər idman növləri2024-04-15 14:20

Monte-Karlo turnirinin reytinqə təsiri

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm