Dünya futbolu
Əzizov oynadı, komandası xal itirdi
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 26-c?…
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası – "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Oss" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ziya bu görüşə də start heyətdə başlayıb, lakin fasilədə əvəzlənib.
Qeyd edək ki, "Den Boş" 26 turdan sonra 33 xalla 20 komanda arasında 13-cüdür.