Dünya futbolu
"Boavişta" Eminlə Kamranı siyahıdan sildi?
Futbol üzrə Portuqaliya çempionatında 22-ci turun oyunla…
Futbol üzrə Portuqaliya çempionatında 22-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Kamran Ağayevlə Emin Mahmudovun komandası – "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Feyrense" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 1:1.
Eminlə Kamranın adı bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Boavişta" hazırda 29 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.