Premyer-liqa
"Sifarişlər halqası, hakimlərin liqası" – FOTO
Bu dəqiqələrdə Qəbələdə Topaz Premyer Liqasının 19-cu turunu…
Bu dəqiqələrdə Qəbələdə Topaz Premyer Liqasının 19-cu turunun mərkəzi oyunu çərçivəsində "Qəbələ" – "Qarabağ" oyunu keçirilir. Futbolifo.az xəbər verir ki, meydan sahiblərinin azarkeşləri bu görüşdə maraqlı pankartlar açıblar.
"Zirə" ilə zirvəyə!" İmza: "Qarabağ" pankartı oyun başlayan kimi açılsa da, onun tribunada çox qalmasına imkan verilməyib. Belə ki, polislər dərhal həmin pankartın yığışdırılmasını tələb ediblər.
"Qəbələ" fanatları digər pankartda da hakimliyi hədəf alıblar: "Sifarişlər halqası, hakimlərin liqası".