Bizi izləyin

Müsahibə

"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı"

“Zirə”nin futbolçusu Təmkin Xəlilzadənin futbol…

blank

“Zirə”nin futbolçusu Təmkin Xəlilzadənin futbolinfo.az saytına müsahibəsi:

– "İnter"lə oyunda komandanın vurduğu qolda sənin zəhmətin oldu. Həmin epizod və ümumi görüş barədə nə düşünürsən?
– Çətin olacağını bilirdik, oyuna da yaxşı hazırlaşmışdıq. Məqsədimiz üç xal qazanmaq idi. Amma bir xal da pis nəticə deyil. Meydanda azlıqda qaldıqdan sonra məcbur qalıb müdafiədə oturduq. Şükürlər olsun ki, xal qazandıq.

– “Zirə” son turlarda uduzmayıb. Bu komandanın avrokuboklara ciddi yanaşmasından irəli gəlir, yoxsa bəxt də kömək olur?
– Xeyr, bəxt deməzdim. Hazırlaşırıq, üzərimizdə işləyirik. Özü də öz oyun sistemimiz var. İstəyirik ki, yaxşı nəticələr qazanaq, hər oyuna da rəqibin kimliyindən asılı olmayaraq maksimum nəticə üçün çıxırıq. Çempionat da gərginləşib və hər bir komanda qış fasiləsindən sonra çox güclənib. İşimiz də göz qabağındadı. Allah da əziyyətimizin mükafatını verirsə, demək ki, doğru yoldayıq.

– Meydanda azlıqda qalanda rəqibin ikinci qolu vuracağını düşünürdün?
– Beynimdən keçdi elə fikirlər. Amma on nəfərlə qalsaq da, müdafiə olunmağı bacardıq. Yaxşı müdafiə olunduq. Belə halla birinci dəfə üzləşmirik. “Kəpəz”lə oyunda da Sezar Meza Kolli qırmızı vərəqə almışdı, ancaq qolumuzu vurduq və ikinci yarı arxada oturduq, qalib gəldik.

– Hakim səhvləri davam edir. Yovan Krneta topu vurub uzaqlaşdırmaq istəyərkən top Anar Nəzirova getdi və Orxan Məmmədov bunu sərbəst zərbə kimi dəyərləndirdi…
– Açığı, bu qərar bizim özümüzü də təəccübləndirdi. Biz də həmin epizodda qaçdıq hakimin üstünə ki, “nə edirsən sən?” Çünki orada Krneta topu sürüşmə fəndi ilə uzaqlaşdırmaq istəyirdi. Yaxşı ki, yan xətt hakimi öz fikrini bildirdi və baş hakim ondan sonra qərarını dəyişdi. Bir az diqqətli olsalar, daha yaxşı olar. Ancaq yenə də hakimləri qınamıram. Çünki futbolçular çoxdu, hakimlər azdı. İnsandılar, səhv də olar. Sadəcə, etdikləri səhv nəticəyə təsir edəndə, istər-istəməz söz-söhbət olur. Yan xətt hakimi və baş hakim bir-birini 90 dəqiqə ərzində yaxşı sığorta etməlidi. Həmin epizodda da yaxşı ki, yan xətt hakimi müdaxilə etdi. Yoxsa 100 faizli qol epizodu yaranacaqdı.

– Qarşıdakı turda qışdan sonra uğurlu çıxışları ilə yaddaqalan “Sumqayıt” və “Neftçi” ilə qarşılaşacaqsınız. Sizi hansı nəticələr razı salacaq?
– Avroliqaya getmək üçün ən yaxın rəqiblərimizlə oynayacağıq. Hər ikisi altı xallıq oyundu. Qələbə qazanmağa çalışacağıq.

– Təmkin, bu dəqiqə “Zirə”nin oyunlarını daha çox fikirləşirsən, yoxsa millidən sənə dəvət gəlib-gəlməyəcəyini? Çünki mətbuatda milliyə dəvət olunacağın qeyd olunur…
– Əlbəttə ki, bu dəqiqə üçün “Zirə”nin oyunlarını düşünürəm. Bəli, millidən də dəvət gözləyirəm. Ancaq sırf bu dəqiqə “Zirə”nin oyunlarına fikrimi yönəltmişəm. Yiğmadan da təkli gələrsə, çox sevinəcəm. Qismət olsa, dəvət edərlər.

– Robert Prosineçkinin diqqətində olduğunu düşünürsən?
– Mətbuatda, Mahmud Qurbanovun bir müsahibəsini oxumuşdum və o, orada demişdi ki, Təmkin Xəlilzadə Prosineçkinin diqqətin mərkəzindədi. Belə bir şeyi oxumuşdum bir dəfə. Çağırsalar, özümü ən yaxşı tərəfdən göstərməyə çalışacağam.

– “Zirə” özünü klub olaraq avrokuboklara hazır sayırmı?
– Əlbəttə. Ötən il çox adam bizə inanmırdı. Hər şeyin bəxt sayəsində olduğunu bildirirdilər. Ancaq ikinci yeri qazandıq. Bu il də maksimum nəticə üçün çalışırıq. Əsas məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdı.

ELMAR ABDULLA-ZADƏ

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-14 08:00

“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı

blank
Dünya futbolu2024-04-14 01:21

“Atletiko”, “Barselona” və “Real”dan növbəti qələbə

blank
Dünya futbolu2024-04-14 01:11

“Strasburq” və “Tuluza”dan qələbə

blank
Dünya futbolu2024-04-14 00:52

Turin derbisində heç-heçə

blank
Dünya futbolu2024-04-14 00:37

“Bayern”dən inamlı qələbə

blank
Dünya futbolu2024-04-14 00:25

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-13 23:32

Azərbaycanlı futbolçuların duelində İsgəndərli sevindi

blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Premyer-liqa2024-04-13 22:28

“İlk hissədəki 2:0 oyunçulara güvən və rahatlıq verdi” – Bojoviç

blank
Premyer-liqa2024-04-13 21:56

“Neftçi”nin bizdən üstün oynadığını düşünmürəm” – Baxşıyev

blank
Premyer-liqa2024-04-13 21:37

“Araz-Naxçıvan” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2024-04-13 20:52

“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı

blank
Premyer-liqa2024-04-13 20:30

“Xarakter göstərmək lazımdır” – Sxadadze

blank
Premyer-liqa2024-04-13 20:14

“Uduza da bilərdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-13 20:00

“Qəbələ” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-13 19:42

“Turnir cədvəlini düşünmürük”

blank
Digər idman növləri2024-04-13 19:24

“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”

blank
Digər idman növləri2024-04-13 19:05

Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

blank
Əvəzedicilər2024-04-13 18:43

“Sumqayıt-2” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2024-04-13 18:25

“Qəbələ” “Turan Tovuz”a da uduzdu

blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm