Bizi izləyin

Ölkə futbolu

Gəncəyə lazım olmayan "Kəpəz"

"Ya köçün Gəncəyə, ya çıxın, gedin&q…

blank
"Ya köçün Gəncəyə, ya çıxın, gedin" – necə gözəl etiraz üsuludu. "Bakı derbisinə xoş gəlmisiz" – rişxənd dolu haqlı atmaca. "Kəpəz" gəncəlilərindi – hərfinə qədər doğru.
 
Bütün bunları gəncəli azarkeşlər etdi və çox ciddi problemi aktuallaşdırdılar. Amma harada? Bakıda, "Neftçi" – "Kəpəz"oyununun keçirildiyi "Bakcell Arena"da! Amma kimlər? Əsasən Bakıda yaşayan gəncəlilərin toplaşdığı "Xəmsə" fan-klubu.
 
Azarkeşlər hər zaman haqlıdı, bu məsələdə isə hətta ikiqat. Lakin hədəf kim(lər)di, mesaj kimə verilir? "Ya köçün Gəncəyə, ya çıxın, gedin" şüarı futbolçulara ünvanlanıbsa, heç nə. Bu, hansısa "JEK"-dən evlərimiz niyə qızdırılmır" tələbini etmək əvəzinə, sinoptiki, hava məlumatını səsləndirən diktoru söymək kimi bir şeydi. Səbəbkar başqadı, ittiham olunan başqa.
 
Gəncə stadionu son dəfə ötən əsrin (!) 60-cı illlərində əsaslı təmir olunub. Hətta ölkədə futbol bumunun olduğu, milyonların havaya sovrulduğu 2005-2015-ci illərdə də bu atəşfəşanlıqdan ölkənin ikinci böyük şəhərinə qığılclm düşmədi. Yalnız pul qurtarana yaxın AFFA rəhbərliyi, idmanımıza nəzarət edən insanlar anladılar ki, futbolumuzun gələcəyi top oyununun bölgələrdəki inkişafına bağlıdı.
 
Beləcə "Kəpəz" elitaya qaytarıldı, ona AFFA tərəfindən (bunun özü də anormaldı – red.) maliyyə ayrıldı. Telli-duvaqlı gəlini qapısı-pəncərəsi olmayan otağa gətirdilər. Və məsləhət olundu ki, qarlı havada qonşuda gecələsin.
 
Gəncə futbolumuzun Məkkəsidi. Bu şəhərdə, eləcə də Tovuzda, Qazaxda, Mingəçevirdə, Sumqayıtda, Lənkəranda və ənənəsi olan digər bölgələrimizdə klublar olmayınca, futbolumuzun sabahı olmayacaq; həmişə dağıstanlıların ümidinə qalacaq, onlardan milli komanda düzəltməli olacağıq. Və bu şəhərlərdə qondarma klublar yaratmaqla görüntü guppuldatmaq da lazım deyil. "Turan"a "Səbail" qədər maliyyə ayrılmayacaqsa, "Sumqayıt"a AFFA-nın uşağı kimi baxılacaqsa, "Energetik"ə əsl montyorluq rəva bilinməyəcəksə, diviziondan elitaya nə yaxşı klub, nə də düz-əməlli, istedadlı futbolçu gələcək. "İştirak naminə" yaradılan klublar da bu ölkəyə qara qəpiklik xeyir verməyəcək.
 
Bu gün azarkeşlər "Kəpəz"dən narazıdı və rəhbərliyi Gəncədə məskunlaşmamaqda qınayır, klubun Bakıda hazırlaşmasını tənqid edirlər. Hətta son ev oyununda rəqib "Qarabağ"ın Gəncəyə "Kəpəz"dən bir gün öncə çatması utandırıcı fakt idi. Evində birgünlük qonaq olan, oyundan oyuna Nizami yurduna gələn komanda yerli azarkeşlərə doğma ola, onların sevgisini qazana bilməz.
 
Problemin bir həlli var: Gəncə stadionu əsaslı təmir edilməli, baza yenidən qurulmalı, məşq meydançaları salınmalıdı. Yalnız bundan sonra çempionluqları sıralayan "Kəpəz"in varisini görə, əyalətdə iddialı klub izləyə bilərik. Bunu kim etməlidi? Hə, bax, bu məqamda mətbuat da, şüar səsləndirən azarkeşlər də hədəfi dəqiq göstərməlidi. Ölkədə futbolun inkişafına cavabdeh olan AFFA, stadionu balansında saxlayıb ondan yararlanmayan AGİN, şəhərin insanlarının rifahına cavabdeh olan şəhər rəhbərliyi əl-ələ verib problemi həll etməlidi. Yoxsa AFFA "mənim gücüm komandamı yaşatmağa çatır" deyəcəksə, nazirlik büdcədə pul olmadığını bəhanə edəcəksə, şəhər rəhbərliyi digər iki tərəfi işarə verib məsuliyyəti boynundan atacaqsa, "Kəpəz" həmişə didərgin komanda olacaq, Bayılda, Mərdəkanda məşq edib, Gəncənin daşdöşəməli stadionunda ayda 1-2 oyun keçirəcək.
 
Futbolun inkişafı bu deyil. Gic-gic layihələrə milyonlar ayıran AFFA, bütün idman növlərində əcnəbilər hesabına olimpiya medalı hədəfləyən nazirlik, stadionun ərazisi boyda yerdə, Gəncənin mərkəzində, elə stadionun təmiri qədər xərcə villa tikən şəhər rəhbərliyi səyləri birləşdirməsə, ölkə başçısının ölkə idmanına qayğı barədə tapşırıqları söz yığınından başqa bir şey olmayacaq.
 
Azarkeşlər bu şüarları Gəncədə səsləndirə, konkret ünvan göstərə bilməz. Əks halda, Elmar Vəliyevin qəzəbi onların əzizlərinin də ovqatını təlx etməyə yetəcək qədərdi. Ümid mətbuata, sosial şəbəkələrədi. Lakin yazılanlar yatmış vicdanları oyatmağa yetəcəkmi?
 
Gəncədə ölkə futboluna xidmət edən kiçicik bir nişanə yoxdu. Gəncəli veteranlar ya bazarda qadın paltarı satır, ya çayxana işlədir, ya da ölüm xəbəri gələn Faiq Cabbarov kimi qonşu rayonlarda iş dilənir. Bu, həmin Cabbarovdu ki, millimizin sabiq üzvünü bütün ölkə futbolsevərləri onilliklər boyu unutmayacaq, indiki şəhər rəhbərliyini isə işdən çıxdıqları gün yaddaşdan siləcəklər. Veteranlarına bu cür münasibət göstərilən şəhərdən nə gözləyəsən?
 
AFFA-dan kluba ayrılan pula əli yetməyən, amma müxtəlif vasitələrlə "Kəpəz"dən qazanc mənbəyi kimi istifadə edən (deyilənlərə görə, bir çox qurumlardan komandaya yardım adı ilə pul yığılır – red.) Gəncə rəsmiləri bir fakta görə də utanmalıdı. Klubun uşaq komandaları Yevlaxda oynayır, əvəzedici heyət burada torpaq üzərində məşq edib, oyunlarını Samuxun hansısa kəndində keçirir. Hətta ikinci dərəcəli komandalara minimal şərait yaradılmadığı halda, əsas komandanın Gəncəyə köçməsini tələb etmək ədalətsizlik deyilmi? Tələb haqlıdı, ünvan düzgün seçilməyib!
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm