Ölkə futbolu
"Qəbələ" Litvaya yola düşdü
"Qəbələ"nin 14 yaşadək futbolçulardan ibarət ko…
"Qəbələ"nin 14 yaşadək futbolçulardan ibarət komandası Litvaya yola düşüb. Futbolinfo.az xəbər verir ki, yeniyetmələr paytaxt Vilnüsdə keçiriləcək "Ateitis Cup" turnirində iştirak edəcəklər.
Turnir hər birində 5 komanda olmaqla 2 qrupdan ibarətdir. "Qəbələ" B qrupunda qərarlaşıb və aşağıdakı rəqiblərlə görüşəcək: "Minsk" FK (Belarus), "Legion" (Estoniya), "Jalgiris" (Litva), "Riqa" FK (Latviya). Digər qrupda yerli “Baltay”, BATE, SDJUSSHOR “Dinamo” (hər ikisi Belarus), RFSH Riqa (Latviya) və məşhur İtaliya “Torino”su çıxış edəcəklər.
Fevralın 24-də Latviya və Estoniya klubları ilə qarşılaşacaq Rakif Əliyevin komandası ertəsi gün digər iki rəqiblə münasibətləri aydınlaşdıracaq. Fevralın 26-da final oyunları ilə yekunlaşacaq turnirdə matçlar 25 dəqiqədən ibarət 2 hissədə oynanılacaq. "
Qəbələ"nin keçirəcəyi sonuncu oyundan öncə Xocalı soyqırımı qurbanları 1 dəqiqəlik sükutla anılacaqlar. Bu barədə turnir təşkilatçıları ilə razılıq əldə edilib.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı