Dünya futbolu
"Yuventus" səfərdə, "Sevilya" evdə qələbə qazandı
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi həyəcanı d…
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi həyəcanı davam edir. Futbolinfo.az xəbər verir ki, ötən gün bu mərhələnin ilk oyunlarına yekun vurulub.
Son oyun günündə də iki görüş baş tutub. İtaliyanın "Yuventus" klubu səfərdə "Porto" (Portuqaliya) ilə qarşılaşıb. Turin təmsilçisi iki cavabsız qolla qalib gəlməklə cavab matçı öncəsi əla üstünlük yaxalayıb.
İspaniyanın "Sevilya" klubu isə son İngiltərə çempionu "Lester"i qəbul edib. Üç qolun vurulduğu oyunda qələbəni meydan sahibləri bayram ediblər.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin ilk oyunları
22 fevral
“Porto” – “Yuventus” – 0:2
Qollar: M.Pyaça, 72 (0:1). D.Alveş, 74 (0:2).
“Sevilya” – “Lester” – 2:1
Qollar: P.Sarabia, 25 (1:0). X.Korrea, 62 (2:0). C.Vardi, 73 (2:1).
Matçın 14-cü dəqiqəsində meydan sahiblərinin üzvü X.Korrea penaltidən yararlana bilməyib.