I Liqa
“Ağsu” və “Energetik”in futbolçusuna bir oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Qaradağ Lökbatan” – “Ağsu” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Ağsu”nun futbolçusu Şamo Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün bir oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Energetik” – “Turan Tovuz” matçının 45+1-ci dəqiqəsində “Energetik”in futbolçusu Etibar Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq